Icma.az
close
up
RU
Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

Azərbaycanda bu sahədə xarici hüquq tətbiq ediləcək

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rəqəmsal xidmətlər üzrə xaricə ödənişlər sadələşdirilir, korporativ müqavilələrdə xarici hüququn tətbiqinə icazə verilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, rezident hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən xarici dövlətlərdə yerləşən təminatçılara rəqəmsal xidmətlər, proqram təminatı lisenziyaları, bulud (server) xidmətləri və beynəlxalq kommersiya abunəlikləri üzrə ödənişlərin aparılması qaydası sadələşdirilir.

Dəyişikliklə təqvim ayı ərzində ümumi məbləği 200 min ABŞ dolları ekvivalentinədək olan köçürmələr ikitərəfli müqavilə təqdim edilmədən, yalnız xidmətin təyinatını əks etdirən elektron hesab-faktura və ya ödəniş bildirişi əsasında həyata keçirilə biləcək. Bu mexanizmin beynəlxalq rəqəmsal platformalar, proqram təminatı və bulud xidmətlərindən istifadə edən şirkətlərin əməliyyatlarını sürətləndirəcəyi gözlənilir.

Qanun layihəsində, həmçinin ilk dəfə korporativ müqavilələr üzrə tərəflərə yaranacaq mübahisələrin həllində xarici dövlət hüququnun tətbiqi barədə razılığa gəlmək imkanı yaradılır. Belə ki, tərəflər Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq, korporativ müqavilədə xarici hüququn tətbiqini və mübahisələrin arbitraj yolu ilə həllini müəyyən edə biləcəklər.

Bundan başqa, korporativ müqavilələrdə səsvermə qaydaları, səhmlərin alqı-satqısı, investisiya qoyuluşu, idarəetmə orqanlarının formalaşdırılması, xüsusi hüquqlar, veto mexanizmləri və digər mühüm məsələlərin də tərəflərin razılığı əsasında tənzimlənməsi nəzərdə tutulur. Layihə müəlliflərinin fikrincə, bu dəyişikliklər Azərbaycan qanunvericiliyinin beynəlxalq biznes təcrübəsinə uyğunlaşdırılmasına, xarici investorlar üçün daha çevik hüquqi mühitin formalaşdırılmasına və ölkənin investisiya cəlbediciliyinin artırılmasına xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri