Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək Yeni qanun qəbul edildi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatına yararlı torpaqların icarəyə verilməsi ilə bağlı qanun Milli Məclisdə qəbul edilib.
BAKU.WS-in məlumatına əsasən, qəbul olunan yeni qanuna görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinə yaxın olan kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək.
Qeyd edək ki, bu addım, torpaqdan istifadənin daha səmərəli olmasını təmin edəcək, həmçinin regionda yerli əhalinin aqrar sahəyə daha aktiv şəkildə cəlb olunmasına imkan yaradacaq.
Yeni qanunun tətbiqi sayəsində, kənd sakinləri torpaqdan istifadədə daha çox imkan əldə edəcək və aqrar sektorun inkişafına mühüm təkan verəcək. Eyni zamanda, güzəştli şərtlər regionda iqtisadi canlanma yaradaraq, əhalinin rifahını artırmağa xidmət edəcək.
Baxış sayı:85
Bu xəbər 10 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















