Icma.az
close
up
RU
Türkiyə alternativ NATO yaradır, Qərb indidən qorxuya düşüb: Azərbaycanın yeni hərbi siyasi ittifaqda təmsilçiliyi istisna deyil

Türkiyə alternativ NATO yaradır, Qərb indidən qorxuya düşüb: Azərbaycanın yeni hərbi siyasi ittifaqda təmsilçiliyi istisna deyil

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün müdafiə sazişi regional güc balansını yenidən formalaşdıra bilər... Müsəlman ölkələri arasında strukturlaşmış hərbi-siyasi əməkdaşlıq prosesi artıq yeni mərhələyə keçmək üzrədir...

Qlobal məkanda yeni hərbi-siyasi ittifaqın formalaşması həlledici mərhələyə qədəm qoyub. Belə ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün üçtərəfli müdafiə sazişinin imzalanması istiqamətində müzakirələr intensivləşib. Və əgər, bu üç ölkə arasında belə bir hərbi saziş imzalanarsa, bu, həm Yaxın Şərq, həm də Cənubi Asiyanın təhlükəsizlik balansında ciddi dəyişikliklərə yol aça bilər.

Onu da qeyd etmək lazımdır ki, təxminən on aya yaxın davam edən danışıqlar artıq layihə mərhələsinə çatıb. Yəni, bu təşəbbüsün taktiki deyil, strateji xarakter daşıdığını artıq qətiyyən şübhə doğurmur. Belə ki, Pakistanın müdafiə sənayesi naziri Raza Həyat Hərəcin bu barədə açıqlamaları və Türkiyənin xarici işlər naziri Hakan Fidanın ehtiyatlı etirafları bu prosesin tədricən yekun razılaşmaya doğru irəlilədiyini göstərir.

Bu üçtərəfli formatın mahiyyətindəki ən önəmli məqam isə ondan ibarətdir ki, planlaşdırılan saziş əvvəlki Səudiyyə Ərəbistanı-Pakistan razılaşmasından strukturlaçma baxımından, tamamilə avtonomdur. Bu, Səudiyyə Ərəbistanının təhlükəsizlik siyasətində çoxşaxəli yanaşmaya keçildiyini göstərir. Və Türkiyənin isə regional müdafiə şəbəkələri qurmaq xəttini sistemləşdirdiyini biruzə verir.

Bəzi ehtimallara görə, bu üçtərəfli format hərbi-texniki əməkdaşlıq (birgə istehsal, pilotsuz sistemlər, HHM və raket texnologiyaları), təlim və əməliyyat uyğunluğu (birgə təlimlər, doktrina mübadiləsi), eləcə də, sənaye kooperasiyası (Türkiyənin müdafiə sənayesi, Pakistanın istehsal təcrübəsi, Səudiyyə Ərəbistanının maliyyə və bazar imkanları) üzərində qurula bilər. Və belə bir sazişin qlobal məkanda yeni hərbi-siyasi iradə mərkəzi yarada biləcəyindən narahat olan rəqib ölkələr isə artıq indidən informasiya savaşına başlayaraq, şayiə yaymağa çalışırlar.

Məsələ ondadır ki, Fransanın nüfuzlu media qurumlarının yaydığı iddialara cavab reaksiyası olaraq, “Türkiyənin bu yeni hərbi-siyasi alyans layihəsindən artıq imtina etməsi” barədə şayiələrin dərhal təkzib edilməsi də qətiyyən təsadüfi deyil. Çünki qlobal məkanda belə şayiələrin yayılması adətən, ya danışıqlar prosesini zəiflətmək, ya da tərəflər arasında etimadsızlıq mühiti yaratmaq məqsədi daşıyır. Və Türkiyə mənbələrinin belə informasiyaları qətiyyətlə inkar etməsi onu göstərir ki, bu proses siyasi səssizlik rejimində davam etdirilir.

Maraqlıdır ki, son aylarda Ağ Ev və Təl-Əvivin Ər-Riyada artan təzyiqlərinə paralel olaraq, Səudiyyə Ərəbistanının regional mövqeyində tədricən müəyyən korrektələr də müşahidə edilir. Belə ki, rəsmi səviyyədə “siyasət dəyişməzliyi” bəyan edilsə də, bu dövlətin informasiya mühitində İsrail və BƏƏ-yə yönəlik tənqidlərin intensivliyi diqqət çəkir.

Belə ikili yanaşma isə Ər-Riyadın öz manevr arealını mümkün qədər geniş saxlamaq cəhdi ilə izah olunur. Yəni, Səudiyyə Ərəbistanı bir tərəfdən, ABŞ-la strateji münasibətlərini qorumağa çalışır. Digər tərəfdən isə regional ictimai rəyə uyğunlaşmağa və alternativ təhlükəsizlik mexanizmlərini sınaqdan keçirməyə cəhd göstərir.

Ancaq onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankara yalnız bu üçtərəfli formatla kifayətlənmir. Belə ki, Pakistanla ikitərəfli hərbi-siyasi mexanizmlər, Misirlə qarşılıqlı münasibətlərin normallaşmasına paralel olaraq, təhlükəsizlik dialoqu və Cənubi Qafqazda Azərbaycanla Şuşa Bəyannaməsi Türkiyənin “blokdan çox şəbəkə” strategiyasını ortaya qoyur. Və bu strategiyanin əsas məqsədi isə vahid, sərt alyansdan daha çox, çevik və funksional ortaq müdafiə əlaqələrinə bağlı hərbi-siyasi sistem qurmaqdır.

Təbii ki, Türkiyə rəsmilərinin də vurğuladığı kimi, eyni vaxtda bir neçə hərbi ittifaqda paralel iştirak beynəlxalq praktika ilə ziddiyyət təşkil etmir. Belə ki, ABŞ-ın patronajlığı altında qurulan AUKUS nümunəsi və Avropada NATO-dan kənar müdafiə təşəbbüsləri də bunu təsdiqləyir. Azərbaycanla Şuşa Bəyannaməsi isə rəsmi Ankaranın ikitərəfli ortaq müdafiə mexanizmlərini artıq reallaşdırdığını göstərir. Bu kontekstdə Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı xətti NATO-ya alternativ görünməklə yanaşı, həm də onu tamamlayan regional hərbi-siyasi üçbucaq kimi də təqdim oluna bilər.

Maraqlıdır ki, bəzi Qərb mənbələri vaxtilə Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi müzakirə edilərkən də oxşar şübhələr və təkziblərin səsləndirildiyini xatırladırlar. Onların fikrincə, həmin dövrdə Bakı-Ankara xəttində “tam hərbi ittifaq yoxdur” ritorikası Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün istifadə edilirdi. Ancaq buna paralel olaraq, faktiki hərbi-siyasi inteqrasiya sürətlə gedirdi. Və bu önəmli presedent indiki proseslərin də tezliklə “səssiz diplomatiya” ilə yekunlaşa biləcəyini qətiyyən istisna etmir.

Göründüyü kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında mümkün müdafiə sazişi regional güc balansını yenidən formalaşdıra bilər. Eyni zamanda, ABŞ mərkəzli NATO təhlükəsizlik modelinə alternativ ola biləcək hərbi-siyasi sistemin yaranma ehtimalı da mövcuddur. Və nəhayət, bu reallaşarsa, müsəlman ölkələri arasında da strukturlaşmış hərbi-siyasi əməkdaşlığın yeni mərhələyə keçmə ehtimalı inandırıcı görüntülər ala bilər.

Belə anlaşılır ki, bu razılaşmanın rəsmən imzalanması zaman tələb etsə də, mövcud müzakirə dinamikası onu göstərir ki, məsələ qısamüddətli hərbi-siyasi jest xarakteri daşımır. Belə ki, bu proses daha uzunmüddətli və hərbi mahiyyət daşıyan geopolitik layihənin reallaşdırılması üçün başladılıb. Və bu hərbi-siyasi layihə Yaxın Şərqdən üzü Cənubi Asiyaya qədər uzanan genişmiqyaslı təhlükəsizlik xəritəsini ciddi şəkildə dəyişə bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Fevral 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see264

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see203

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see160

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see159

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see154

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see152

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri