Icma.az
close
up
RU
Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Ekspertlərdən quş əti bazarındakı qiymət artımı ilə bağlı AÇIQLAMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda quş əti bazarı illərdir ki, əsasən toyuq əti ilə assosiasiya olunur. Marketlərdə, bazarlarda, restoran menyularında ən çox rast gəlinən quş əti məhz toyuqdur. Lakin bu sahə yalnız bir məhsulla məhdudlaşmır. Bazarlarda hinduşka, qaz, ördək və bildirçin kimi digər quş ətlərinə də rast gəlinir. Amma onların bazardakı mövqeyi və tələbat səviyyəsi toyuq əti ilə müqayisədə xeyli zəifdir.
 

Ekspertlər hesab edirlər ki, Azərbaycanda quş əti bazarı çoxşaxəli olsa da, struktur baxımından qeyri-bərabər inkişaf edir. Toyuq əti bazarın əsas dayağı olaraq qalır, hinduşka, qaz, ördək və bildirçin əti isə daha çox əlavə, alternativ seçim rolunu oynayır.


Mütəxəssislərin fikrincə, bu sahədə istehsalın genişləndirilməsi və sənaye əsaslı quşçuluğun digər növlər üzrə inkişafı həm qiymətlərin sabitləşməsinə, həm də istehlakın artmasına şərait yarada bilər. Əks halda, bu quş ətləri uzun müddət bazarda məhdud tələbat və yüksək qiymət seqmentində qalmaqda davam edəcək.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Yerli məhsul əsas pay sahibidir
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirir ki, Azərbaycanda quş əti bazarında daxili tələbat əsasən yerli istehsal hesabına qarşılanır.
Onun sözlərinə görə, qırmızı ətlə müqayisədə toyuq əti istehsalını qənaətbəxş hesab etmək olar:
"Ölkədə bu sahədə peşəkar şəkildə fəaliyyət göstərən quşçuluq fabrikləri mövcuddur, eyni zamanda kiçik sahibkarların yaratdığı təsərrüfatlar da bazarın formalaşmasında rol oynayır".
Mircavid Həsənovun fikrincə, Azərbaycan quşçuluq sahəsində təkcə daxili bazarla kifayətlənməməlidir:
"Bu sahənin ixrac potensialı mövcuddur və quşçuluq üçün geniş torpaq sahələrinin tələb olunmaması əlavə üstünlükdür. Lakin əsas problem yem rasionu ilə bağlıdır. Yem məhsullarının böyük hissəsi xaricdən idxal olunur. Əgər ölkə yemlə özünü təmin edə bilsə, yerli quş əti xarici bazarlara da çıxa bilər".
 

Ekspert diqqətə çatdırır ki, toyuqdan başqa digər quş növləri üzrə Azərbaycanda iri sənaye təsərrüfatları mövcud deyil. Hinduşka, qaz və ördək əsasən kənd şəraitində, kiçik ailə təsərrüfatlarında yetişdirilir və istehsal həcmi məhduddur. Bu da qiymətlərdə ciddi fərqlərin yaranmasına səbəb olur.


Onun sözlərinə görə, bazarda toyuq əti bol olduğu üçün istehlakçılar əsasən bu məhsula üstünlük verirlər:
"İnsanlar istənilən vaxt marketdən hinduşka, qaz və ya ördək əti tapa bilmədikdə, alternativ olaraq toyuq alırlar".
"İxtisaslaşmış iri təsərrüfatların yaradılması mümkündür"
Mircavid Həsənov hesab edir ki, bu sahədə ixtisaslaşmış iri təsərrüfatların yaradılması mümkündür:
"Məsələn, hinduşka istehsalı ilə məşğul olan müəssisələr yaradıla bilər. Hazırda hinduşka əti daha çox delikates məhsul kimi qəbul olunur və əsasən restoranlarda təqdim edilir.
 

İstehsal kütləvi olmadığı üçün qiyməti yüksəkdir və bazarda kiloqramı orta hesabla 17-18 manat civarındadır. Azərbaycanın geniş sulu əraziləri ördəkçiliyin inkişafı üçün də böyük imkanlar yaradır. Lakin bu sahədə biznes qurmağa maraq zəifdir. Bu, daha çox biznes təfəkkürü ilə bağlı məsələdir.


Sahibkarlar gəlirli olduğunu gördükləri sahələrə yönəlirlər və hazırda toyuqçuluq daha cəlbedici hesab olunur. Halbuki beynəlxalq təcrübədə, məsələn, Çində ördək broylerlərinin geniş yayılması bunun mümkün olduğunu göstərir".
Tələbat artdıqca qiymətlər inflyasiyanı üstələyir
İqtisadçı-ekspert Akif Nəsirli isə bildirir ki, Azərbaycanda quş ətinə tələbat kifayət qədər yüksəkdir:
"Ölkədə formalaşmış bir tendensiya var: hər hansı məhsula tələbat artan kimi, qiymətlər sürətlə yüksəlir. Bu hal quş əti bazarında da müşahidə olunur".
 

Ekspert qeyd edir ki, ümumi qiymət artımı inflyasiya ilə bağlıdır, lakin quş əti bazarında bahalaşma daha kəskin hiss olunur. Bununla yanaşı, həm daxili istehsalda, həm də idxalda artım müşahidə edilir.


Ekspert bildirir ki, istehlakçılar arasında əsas üstünlük hələ də toyuq ətinə verilir.
Hinduşka əti isə daha çox özünəməxsus seqmentə malikdir və əsasən bayram günlərində alınır. Digər quş ətləri isə bəzən alternativ seçim kimi bazara daxil olur:
"Məsələn, alıcı toyuq əti tapa bilmədikdə ördək və ya digər quş ətlərinə üstünlük verir və bazar bu yolla tarazlaşır".
"İllik toyuq əti istehlakı 18-20 kiloqramdır"
 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli də bildirir ki, ölkədə ən çox istehlak olunan quş əti növü toyuqdur. Onun sözlərinə görə, adambaşına illik toyuq əti istehlakı təxminən 18-20 kiloqram təşkil edir. Digər quş ətləri arasında isə toyuqdan sonra ən çox hinduşka istehlak olunur. Bu məhsullar əsasən qış mövsümündə süfrələrdə yer alır. Ördək və qaz ətindən istifadə də az miqdarda, mövsümi xarakter daşıyır. Bildirçin isə sənaye üsulu ilə istehsal olunur və bazarda müəyyən alıcı kütləsinə malikdir.


Mürvət Həsənli qeyd edir ki, ayrı-ayrı regionlarda, məsələn, Zaqatalada hinduşka, bəzi rayonlarda isə ördək təsərrüfatları fəaliyyət göstərir. Bildirçin istehsalı isə Bakıətrafı ərazilərdə və bir sıra rayonlarda sənaye əsaslı şəkildə aparılır.
Hazırda xarici bazarlara əsasən toyuq məhsulları ixrac olunur və yaxın perspektivdə, xüsusilə Çin bazarına ixracın artırılması hədəflənir. Onun sözlərinə görə, 2016-cı ildən bu günədək toyuq ətində ciddi qiymət sıçrayışı müşahidə olunmayıb. Digər quş növləri üzrə isə sənaye istehsalının məhdudluğu səbəbindən qiymətlərin tənzimlənməsi mümkün olmur.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri