Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu üzrə plan yeri nəzərdə tutulmayıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.
Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı - Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18,73 faiz artım deməkdir.
Baxış sayı:156
Bu xəbər 23 İyul 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















