Azərbaycanda bu yataq satışa çıxarılır
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çayda yerləşən faydalı yataq satışa çıxarılır.
Axar.az xəbər verir ki, bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.
Belə ki, Şərur rayonu “Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarılır.
4 hektar ərazini əhatə edən və 200000 kub metr həcmində olan yatağın istismar müddəti 10 il nəzərdə tutulub.
Hərracın başlanğıc qiyməti 18000 manat, 10% beh məbləği isə 1800 manat təşkil edir.
Məlumata görə, hərrac 21 yanvar 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək. Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.
Baxış sayı:62
Bu xəbər 04 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















