Azərbaycanda bunu mənim qədər edən ikinci müğənni yoxdur
Icma.az, Axsham.az saytına istinadən bildirir.
"Özüm üçün heç nə etməmiş, camaatıma olan xidmətimi öz imkanımla etmişəm. Azərbaycan musiqisində mənim qədər ikinci bir adam yoxdur ki, özü daxmada yaşasın, amma böyük yaxşılıqlar etsin. İkinci bir adam yoxdur, mümkün deyil. Varsa, qoyun ortaya. Azərbaycan musiqisində nə qədər adam varsa, yığın, olmayacaq. Yoxdur, getsin hansısa kəndə su çəkdirsin, nəsə etsin".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Allahverdiyeva "Künc-bucaq" yutub layihəsində deyib. Müğənni bildirib ki, sənətçilər arasında ən çox xeyriyyə işləri edən özü olub:
"Mümkün deyil. Mən yox, Allahın verdiyi nemətdir. Ağlıma da gəlməzdi ki, Allah bunu mənə versin".
Elnarə 4 milyona villa tikdirməsi məsələsinə isə "Özümə bir koma tikməliydim. Hamı kimi mən də tikdim. Nə xoş ki, onu 4 milyon görürlər" reaksiyasını verib.
Baxış sayı:44
Bu xəbər 16 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















