Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) olub.
Ölkə.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır.
Qeyd edilir ki, məktəblərin 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərir. Bakı məktəblərində oxuyan şagirdlərin sayı isə 542 min 919 olub və ümumi şağirdlərin 31,8%-ni təşkil edib.
Əgər ölkə üzrə bir məktəbə düşən orta şagird sayı 385 olubsa, bu göstərici Bakı şəhərində 1 396 olub.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin 99,2%-i və ya 4 388-i dövlət, 34-ü isə özəl məktəb olub.
Özəl məktəblərin 28-i Bakı, 2-si Sumqayıt, 2-si Xırdalan (Abşeron), 1-i Gəncə şəhərində fəaliyyət göstərib. Rayonlar arasında isə yalnız Balakən rayonunda 1 ədəd özəl ümumi təhsil müəssisəsi var.
Müqayisə üçün bildirək ki, 2023/2024-cü tədris ilinin əvvəlində qonşu Gürcüstanda 2 296 ümumi təhsil müəssisəsi olub və bunların 90,8%-i və ya 2 086-ı dövlət, 210-u isə özəl məktəb olub.
Gürcüstanda ümumi təhsil müəssisələrində 634,3 min şagird oxuyur. Şagirdlərin 89,5%-i dövlət, 10,5%-i isə özəl məktəblərdə təhsil alır.
 Baxış sayı:57
Baxış sayı:57 Bu xəbər 30 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















