Icma.az
close
up
RU
Azərbaycanda cəmi 4 qadın nazir müavini var SİYAHI

Azərbaycanda cəmi 4 qadın nazir müavini var SİYAHI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Əvvəlki illərə nisbətən ictimai həyatın müəyyən sahələrində qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların təmsilçiliyinin artması müşahidə olunur. Hazırda ölkəmizin idarəetməsinin ən yüksək pillələrində qadınlar təmsil olunur. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2023-cü il üzrə hüquq-mühafizə orqanlarında qadın əməkdaşların sayı artıb.

Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə hakim qadınların sayı 25%, prokuror qadınların sayı 30%, qadın vəkillərin və vəkil bürosu olan qadınların sayı 18% artmışdır

Statistik göstəricilərə əsasən qadınların seçkili vəzifələrdə təmsilçiliyində yüksəlmə olub. Belə ki, qanunvericilik orqanında 2005-ci illə müqayisədə 2024-cü ildə qadınların təmsilçiliyi artaraq, 11,2%-dən 20,8%-ə çatıb. 2024-cü ildə dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5%-dən 29,7%-ə çatıb.

2023-cü ildə qadınların kişilərlə bərabər təmsil olunduğu partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin 49.2 faizini kişilər, 50.8 faizini qadınlar təşkil etmişlər. Digər partiyalarda isə bu göstərici azdır. Azərbaycanın müstəqilliyi dövründə sadəcə bir qadının rəhbərlik etdiyi siyasi partiya olub ki, o da, 1995-2003-cü ildə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasıdır. Partiya bir neçə il əvvəl fəaliyyətini dayandırıb.

Son illər Azərbaycan qadınları qeyri-ənənəvi sahələr üzrə də fəaliyyət göstərirlər. Qadınlarımızın informasiya texnologiyalarına və süni intellektə olan marağı daha da artaraq, İKT istiqamətində fəaliyyətləri daha da genişləndiyi müşahidə olunur. 

Buna baxmayaraq Azərbaycanda qadın nazir və icra başçısı yoxdur. Nazirlər Kabinetinə daxil olan qurumlardan sadəcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır.

Nazir müavinləri arasında da qadınların sayı çox azdır. Ölkədə fəaliyyət göstərən Nazirliklətdə nazir müavinin təxminən 6 faizi qadındır. Qadınların ən çox təmsil olunduğu təhsil sahəsinə nəzarət edən Nazirlikdə hətta 4 nazir müavinin heç biri qadın deyil.

Modern.az-ın məlumatına görə, hazırda Azərbaycanda 4 qadın nazir müavini var.

Umayra Tağıyeva - 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.

İlhamə Qədimova - 1975-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Səadət Yusifova - 1974-cu ildə anadan olub, Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur. Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə mədəniyyət nazirinin müavini təyin olunub.

İndira Hacıyeva - 1960-cı il iyulun 15-də anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib.Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri