Icma.az
close
up
RU
Azərbaycanda da “donuz qripi”nə yoluxma qeydə alınıb? RƏSMİ AÇIQLAMA

Azərbaycanda da “donuz qripi”nə yoluxma qeydə alınıb? RƏSMİ AÇIQLAMA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi Gürcüstanda son iki həftədə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb. "Rustavi-2" telekanalı xəbər verir ki, ölkədə A tipli viruslara yoluxma halları artıb.
Hər gün buna görə klinikalara müraciətlər artıb. Xəstələr xəstəxanaya əsasən qızdırma ilə müraciət edir, yüksək hərarət isə dərmanlara cavab vermir.
Telekanal bildirir ki, pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:
Gürcüstanda "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var


Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.
Xüsusilə uşaqlarda qrip virusunun ağırlaşmaları artıb. Risk qrupuna 2 yaşa qədər və xroniki xəstəlikləri olan uşaqlar daxildir. Təsdiqlənmiş donuz qripi halları pediatriya şöbələrində xəstələrin 52 faizini təşkil edir. Virusla xəstəxanaya yerləşdirilən yetkinlik yaşına çatmayanların və uşaqların əksəriyyətində pnevmoniya inkişaf edir, baxmayaraq ki, digər ağırlaşmaların geniş spektri var.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını proqnozlaşdrırlar. 
Bəs, “donuz qripi”nin ölkəmizə keçmə ehtimalı varmı?
Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları qeydə alınır:

“Aparılan laborator müayinələr nəticəsində "Donuz qripi" diaqnozu təsdiq olunmayıb. Qrip xəstəliyinin profilaktikası məqsədi ilə peyvəndləmə işi uğurla davam edir.  Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri