Icma.az
close
up
RU
Azərbaycanda daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Azərbaycanda daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir.

Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.

O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur ki, bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.

Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu və elektron sistem vasitəsilə mənzillərin seçilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 581 kirayə müqaviləsi bağlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see1611

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see236

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see214

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see183

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see142

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see139

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see138

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see138

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see138

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see138

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see137

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see136

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see134

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see132

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see130

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see129

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see124

Rubio: ABŞ Polşadakı PUA hadisəsi ilə bağlı daha çox məlumat toplamaq istəyir

14 Sentyabr 2025 03:23see121

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see118

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri