Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Dövlət Proqramının təqaüdçüsü adını qazananlar Fotolar

Dövlət Proqramının təqaüdçüsü adını qazananlar Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın təqaüdçüsü adını qazanmış gənclərlə orientasiya görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə iştirak edən, dünyanın nüfuzlu universitetlərində təhsil alacaq bir qrup gənc “Azərbaycan müəllimi”nə həm görüş təəssüratlarını, həm də proqrama qəbulla bağlı fikirlərini, proqramın əhəmiyyəti barədə fikirlərini bölüşdülər.

Həmin gənclərdən biri olan Orxan Məmmədli Harvard Universitetinin Kennedi Məktəbində Dövlət İdarəetməsi üzrə magistr səviyyəsində təhsil alacağını bildirib: 

“Dövlət Proqramına qəbul ilə əlaqədar olaraq, ilk növbədə, məlumatlandırıcı SMS aldım. Burada portal.edu.az portalında açılmış olan şəxsi kabinetin yoxlanılmasına dair təlimat mövcud idi. Təlimata uyğun olaraq şəxsi kabineti yoxladıqda isə artıq proqrama müraciətə dair nəticənin bəlli olduğunu gördüm və burada mənim nəticəm müsbəti idi. Əlbəttə ki, həmin anlar sevincli anlar idi. 

İxtisasım bir çox sahələri əhatə edəcək. Bunlardan xüsusilə strateji planlaşdırma və idarəetmə, rəqəmsal idarəetmə və innovasiya, iqtisadi siyasət və makroiqtisadi idarəetmə, dövlət maliyyəsi və resursların idarə olunması, dayanıqlı inkişaf siyasəti, sosial siyasət və rifah sistemlərini vurğulmaq istərdim. Bu sahələr ölkəmiz üçün uzunmüddətli milli inkişaf proqramlarının hazırlanması və tətbiqi, dövlət xidmətləri üzrə rəqəmsal transformasiyanın daha da genişləndirilməsi, innovasiya ekosisteminin inkişafı, milli iqtisadiyyatın rəqabəqabiliyyətliyinin daha da gücləndirilməsi, dövlət resurslarının effektiv idarə olunması, yaşıl iqtisadiyyatın inkişafı, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi baxımından həm cari, həm gələcək perspektivdə faydalı olacaqdır.  

Dövlət Proqramının gənclər üçün əhəmiyyətli roluna gəlincə, qeyd edim ki, bütün dünyada beynəlxalq səviyyədə müxtəlif təqaüd proqramları olsa da, ölkə miqyasında bu həcmdə, yəni, ardıcıl 7 il ərzində hər il 3 ayrı-ayrı təhsil pilləsi üzrə ümumilikdə 500 nəfərin tam təminatlı nüfuzlu universitetlərdə təhsil almasına dəstəyin göstərilməsi çox az rast gəlinən nümunələrdəndir. Bu baxımdan gənclər üçün belə bir imkanın yaradılmasının həm onların şəxsi inkişafı, həm də ölkəmizin gələcəyi üçün əhəmiyyəti olduqca yüksədir. Gənclərin özü üçün faydalarını qeyd etsəm, bunlardan dünyanın ən nüfuzlu universitelərində təhsil almaq və bununla qlobal miqyasda bilik, bacarıq və peşəkar şəbəkəyə çıxışın əldə edilməsini, müxtəlif ölkələrin iqtisadi, biznes, sosial və mədəni təcrübələrinin öyrənilməsini və bunların nəticəsində gənclərin öz potensiallarının maksimal inkişafına nail olunmasını qeyd edə bilərəm”.

Murad Alməmmədov isə deyir ki, Kembric Universitetində siyasət və beynəlxalq münasibətlər üzrə magistr təhsili alacaq:

“Bundan əvvəl isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Siyasi idarəetmə fakültəsində “Politologiya” ixtisası üzrə bakalavr təhsili almışam. Dövlət Proqramına qəbul olunmağım barədə xəbəri alanda axşam tərəfi idi, ailəmlə dəniz kənarında idik. Qəbul xəbərini alanda çox sevindim. Kembric Universitetində “Enerji siyasəti” ixtisası üzrə təhsilimi davam etdirəcəyəm. Bu sahə, heç şübhəsiz, günümüzün ən aktual və perspektivli istiqamətlərindən biridir. Xüsusilə Qarabağ regionunun yaşıl enerji potensialını nəzərə alsaq, düşünürəm ki, olduqca lazımlı və gələcək yönümlü sahədir. 

Ümumiyyətlə, dünya miqyasında bu qədər əhatəli, yəni həm geniş maddi təminat, həm də ölkəyə qayıtdıqdan sonra iş imkanı ilə tam təmin edən çox az sayda təqaüd proqramı var. Və belə bir proqramın olması ölkəmizdə dövlətin  gənclərə və onların təhsilinə verdiyi böyük dəyərin təzahürüdür. Bugünkü tədbir də kifayət qədər əhatəli və effektli bir görüş oldu”.

Aytən Sədirova “Uzun zamandır gözlədiyim xəbəri aldım”,-deyərək sevincini bölüşüb:

“Mən DP çərçivəsində Stanford Universitetində “Elektrik mühəndisliyi” ixtisası üzrə magistratura təhsil alacağam. Telefonuma DP-dən mesaj gəldi və həmin dəqiqə portalı yoxladım. Cavabın müsbət olduğunu görəndə isə böyük sevinc hissi keçirdim, uzun zamandır gözlədiyim xəbər idi.

Düşünürəm ki, texnologiya və mühəndisliyin sürətlə inkişaf etdiyi bir dövrdə ölkəmizdə bu sahələr üzrə mütəxəssislərin çox olması vacibdir. “Elektrik mühəndisliyi” ixtisası avtomatlaşdırma, enerji sistemləri, süni intellekt və s. kimi sahələrlə də əlaqəlidir. Bunlar ölkəmizdə enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf istiqamətləri üçün də olduqca perspektivlidir. 

Dövlət Proqramı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alaraq müasir bilik və bacarıqlara yiyələnməsinə imkan verir. Bu, gənclər üçün çox böyük bir fürsətdir”.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə başa vuran Sənan Əliyev 2025/2026-cı tədris ilində magistratura təhsilini Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin Hüquq fakültəsində, yəni “Columbia Law School”da davam etdirəcək:

“Dövlət Proqramının iştirakçısı olmaq və dünyanın ən nüfuzlu universitetlərindən birində Vətənimi təmsil etmək imkanı qazanmaq həyatımın ən önəmli və qürurlu anlarından biri oldu.

Təhsilimi davam etdirəcəyim ixtisas, əsasən, beynəlxalq hüquq normalarının implementasiyası, beynəlxalq məhkəmələrin yurisdiksiyası, kibercinayətkarlıq və terrorçuluqla mübarizəyə dair sahələri əhatə edəcək. Hesab edirəm ki, bu istiqamətlərdə qabaqcıl dövlətlərin yanaşmalarını, eləcə də ən yaxşı beynəlxalq təcrübələri öyrənərək onların ölkəmizdə tətbiqinə nail olmaq, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək hüquq sistemimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Proqramın gənclər üçün əhəmiyyəti və dövlət qayğısı barədə onu deyə bilərəm ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”, həqiqətən də, perspektivli gənclərin öz bilik və bacarıqlarını inkişaf etdirməsi baxımından geniş imkanlar yaradır. Bu proqram dövlətimizin gənclərin təhsilinə, onların peşəkar kadr kimi formalaşmasına və beynəlxalq mühitdə rəqabətədavamlı olmalarına verdiyi önəmin bariz nümunəsidir”.

Həmin gənclərdən olan Səma Məmmədova deyir ki, Dövlət Proqramı gənclər üçün böyük imkanlar yaradır:

“Mən ABŞ-də Yale Universitetində “Qrafik dizayn” ixtisası üzrə magistratura təhsili alacağam. Proqrama qəbul olunmağım barədə xəbəri sms bildirişi vasitəsilə aldım. Məktubu oxuyanda çox həyəcanlandım və qürur hissi keçirdim. Bu, illərlə üzərində çalışdığım bir məqsəd idi, ona görə də həmin an mənim üçün çox emosional oldu.

Qrafik dizayn sahəsi təkcə vizual estetika ilə deyil, həm də sosial, mədəni və iqtisadi mövzularla sıx bağlıdır. Bu sahə ölkəmizdə həm yaradıcılıq sənayelərinin, həm də mədəni irsin qorunması və tanıdılması baxımından böyük potensiala malikdir. Əldə edəcəyim bilik və bacarıqları Azərbaycanda dizayn təhsili, mədəni layihələr və sosial mövzulu vizual kommunikasiya sahələrində tətbiq etməyi planlaşdırıram.

Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclər üçün böyük imkanlar yaradır. Bu, təkcə fərdi inkişaf deyil, həm də ölkəmizin insan kapitalının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Dövlətin gənclərə bu cür dəstək göstərməsi onların beynəlxalq arenada rəqabət qabiliyyətini artırır və yeni bilikləri ölkəyə gətirməsinə şərait yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri