Icma.az
close
up
RU
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? KONKRET

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. 

Sitat: “Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.

Bu fonda bəzi vətəndaşlar təklif edib ki, uşaqlar məktəbə 8 yaşından tez başlamasın, təhsil müddəti 10 il olsun və ibtidai siniflərdə proqram uşaqların yaşına daha uyğun qurulsun.

Nazirin çıxışı bu cür ssenarinin mümkünləşməsi üçün siqnal ola bilər? Yaxın dövrlərdə məktəblərlə bağlı radikal dəyişikliklər gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, nazirin açıqlamasını birbaşa məktəbə başlama yaşının dəyişdirilməsi və təhsil müddətinin qısaldılması ilə əlaqələndirmək düzgün olmaz:

“PISA nəticələri ciddi siqnaldır və nazir də məhz oxu savadlılığının sistemli şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Xüsusilə bəzi bölgələrdə nəticələrin daha aşağı olması göstərdi ki, problemə ümumi yanaşmadan çox, səbəbləri düzgün müəyyənləşdirilmiş və hədəflənmiş tədbirlərə ehtiyac var. Çünki məktəbə başlama yaşının səkkizə qaldırılması və ya təhsil müddətinin 10 ilə endirilməsi ciddi sistem dəyişikliyidir. Belə qərar yalnız oxu savadlılığı göstəricilərinə əsasən verilə bilməz. Burada uşaqların inkişaf xüsusiyyətləri, məktəbə hazırlıq, ibtidai sinif proqramlarının məzmunu, müəllim hazırlığı və tədris metodikası kompleks şəkildə araşdırılmalıdır. Hazırda uşaqların birinci sinfə qəbulu mövcud qaydalara əsasən davam edir və 2026-2027-ci tədris ili üzrə qəbul prosesi də bu çərçivədə həyata keçirilib”.

Ekspert bildirib ki, yaxın dövrdə əsas diqqət məktəbə başlama yaşını dəyişməkdən əvvəl, mövcud sistem daxilində keyfiyyətin artırılmasına yönələcək:

“Xüsusilə ibtidai siniflərdə oxuyub-anlama, mətnlə işləmə və funksional savadlılığın inkişafı gücləndirilməlidir. Emin Əmrullayevin açıqlamalarında da problemin pedaqoji yanaşmalar və müəllimlərlə iş istiqamətində həllinə ehtiyac olduğu qeyd edilib. Ona görə də hazırkı mərhələdə bunu radikal dəyişikliklərin siqnalı kimi yox, təhsil sistemində hansı sahələrə daha ciddi müdaxilələrin lazım olduğunu göstərən mühüm diaqnostik nəticə kimi qiymətləndirmək lazımdır. Əgər gələcəkdə məktəbə başlama yaşı, təhsil müddəti ilə bağlı dəyişikliklər gündəmə gələcəksə, bunun geniş müzakirə və tədqiqatlardan, həmçinin pilot tətbiqlərdən sonra həyata keçirilməsi daha doğru yanaşma olar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri