Icma.az
close
up
RU
Azərbaycanda devalvasiya olacaq? Belə bir risk əvvəlki dövrlərlə müqayisədə daha ciddi formada ortaya çıxır

Azərbaycanda devalvasiya olacaq? Belə bir risk əvvəlki dövrlərlə müqayisədə daha ciddi formada ortaya çıxır

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadçı Rəşad Həsənov Azərbaycanda yaxın vaxtlarda devalvasiya olacağı barədə proqnozlara münasibət bildirib.

R.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, devalvasiya Azərbaycan iqtisadiyyatı üçün mütəmadi, davamlı risklər kateqoriyasına daxildir.

Onun sözlərinə görə, xüsusilə, 2025-ci ilin əvvəlindən etibarən qlobal iqtisadi mühitdə baş verənlər, heterodoks siyasətlərə meyillənmə, konservativ ticarət münasibətlərinin güclənməsi istiqamətindəki çağırışlar, eyni zamanda paralel olaraq enerji bazarlarında qiymətlərin ucuzlaşması ilə müşahidə olunur: “Aprel ayında bu proses daha sərt məcraya daxil olub. Neft dövlət büdcəsində nəzərdə tutulandan daha aşağı qiymətə satılmaqdadır. Devalvasiya məsələsi bu prosesin nə qədər davam edəcəyindən asılıdır. Biz qlobal maliyyə qurumlarının, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, enerji sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Enerji Agentliyinin, ABŞ-nin Enerji Administrasiyasının, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK), hətta OISD-nin hesabatlarına baxanda ortaq mövqe mövcud iqtisadi konyuktorda orta uzunmüddətli dövrdə iqtisadi artım tempinin aşağı düşməsini, paralel olaraq neftin qiymətinin ucuzlaşmasını görürük. Neftin qiymətini ucuzlaşdıran faktorlar bir neçə amildən formalaşır. Birincisi, iqtisadi artım tempi aşağı düşəcəksə, o deməkdir ki, qlobal iqtisadiyyatın enerjiyə tələbatı azalacaq. Yaxud gözlənildiyi qədər artmayacaq. Digər tərəfdən, bir sıra ölkələr, o cümlədən Rusiya, İraq, Venesuela, hətta İran kimi ölkələr mümkün qədər neftin ucuzlaşmasından yaranan çatışmazlığı daha çox neft hasil etməklə kompensasiya etməyə çalışacaqlar. Bu isə bazara əlavə təklif deməkdir. Hətta bunlar baş verməmiş də görünən bundan ibarətdir ki, OPEK-in formatı çərçivəsində neft hasilatının artırılması ilə bağlı təşəbbüslər hələ də davam edir. Bütün proqnozlar göstərir ki, növbəti dövrlərdə bazara təklif olunan neft bazarda neftə olan tələbin artımından daha çox sürətlənəcək, genişlənəcək. Bu da qiymətlərin azalması istiqamətində meyilləri artırır. Sadaladığımız bütün beynəlxalq təşkilatlar bu istiqamətdə artıq öz proqnozlarını veriblər. Prosesin nə qədər davam etməsindən, qlobal iqtisadi oyunçuların nə qədər tez erkən rasional məcraya, rasional qərar qəbul etmək və münasibətlərin məcrasına yönəlməsindən asılı olaraq Azərbaycanda devalvasiya çağırışları dərinləşə, yaxud nisbətən səngiyə bilər. Bugünkü şərtlər daxilində hər iki istiqamətdə müəyyən fluktuatif məqamlar olsa belə, hələlik neqativ istiqamətdə təzyiqlər daha çoxdur. Bu şərtlər daxilində hökumətin, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar genişlənən fiskal siyasətini, qeyri-neft sektorunun 2015-2025-ci illərdə, ötən on illikdə potensialını tam üzə çıxara, manatın məzənnəsinin neftdən asılılığını aradan qaldıra bilmədiyimizi nəzərə alsaq, əlbəttə, devalvasiya belə şəraitdə ciddi çağırışdır. Prosesin nə qədər davam edəcəyi, qiymətlərin nə qədər proqnozla müqayisədə aşağı olacağından asılı olaraq devalvasiyanın səviyyəsi, baş vermə müddəti dəqiqləşəcək. İndiki halda hökumət mümkün qədər bu prosesdə daha ehtiyatlı mövqe tutmağa çalışır. Devalvasiyaya getməmək istiqamətində müqavimətini davam etdirir. Bir məsələ də var ki, bizdə faktiki şərtlər tam olaraq bazarda deyil, bazardan kənarda qəbul edilən qərarlar nəticəsində dizayn olunduğu üçün indiki halda devalvasiyanın hansı gündə, nə vaxt dəqiq qərarla tətbiq ediləcəyini deyə bilmirik. Amma belə bir risk artıq əvvəlki dövrlərlə - 2024-cü il və ondan əvvəlki dövrlərlə müqayisədə daha aydın, qabarıq şəkildə, ciddi formada ortaya çıxır”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see194

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see176

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see170

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see137

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see124

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see121

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see120

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see118

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see118

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see117

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see117

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see116

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see115

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see115

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see115

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see114

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see114

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see111

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see110

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri