Icma.az
close
up
RU
Azərbaycanda doğum sayı azalır, ölüm sayı artır: 11 milyon nəfərə çatmaq daha inandırıcı görünmür

Azərbaycanda doğum sayı azalır, ölüm sayı artır: 11 milyon nəfərə çatmaq daha inandırıcı görünmür

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Millətlər Təşkilatının əsrin sonuna qədər proqnoz tipli hesabatlarında heç vaxt Azərbaycan əhalisinin 11 milyon nəfəri keçməyəcəyi göstərilir. Bu iddia bir az qəribə görünür. Çünki Dövlət Statistika Komitəsi hər kvartalda əhali sayının artması barədə məlumat paylaşır. Axırıncı məlumatda deyilir ki, ümumi sayımız 10 milyon 230 min nəfəri keçib. Digər yandan doğum sayının sürətlə azaldığı da məlumdur.

Bizimyol.info keçən il 1953-dən sonra ümumi doğum sayının ilk dəfə 102 mindən az olduğu haqda yazmışdı. İlin ilk ayının göstəriciləri narahatlığın əbəs olmadığını ortaya çıxarır. Yanvar-fevral aylarında cəmi 15 min 971 körpə doğulub. Məsələn, keçən ilin eyni dövründə say 17 mini keçmişdi. 2023-cü ilin ilk iki ayında isə doğum səviyyəsi lap yüksək olmuşdu. Belə görünür ki, hər ay əvvəlki dövrlərlə müqayisədə 500 nəfər azalma olur.

Başqa statistik göstəricilər də bədbinliyə əsas verir. Keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi azalaraq 10,2-dən 9,7-yə enib. Məsələn, 2023-cü ilin yanvar-fevral aylarında göstərici 11,7 olub. Bu ilin ilk iki ayında 10 min 461 nəfərin ölümü qeydə alınıb. Bu say da keçən illə müqayisədə artıb. Elə narahatlıq doğuran əsas məqamlardan biri odur ki, doğum sayı ölüm göstəricilərindən də aşağı düşə bilər. Bu halda əhali sayı azalmağa başlayacaq.

Bizimyol.info bu məsələni həmişə diqqətdə saxlayır. Bir müddət əvvəl yamzışdıq ki, başqa amillər də doğum sayının azalmasının təsadüfi olmamasına işarə vurur. Abortların, uşaq ölümlərinin sayının artması əhali ilə bağlı statistikada özünü göstərməyə bilməz.

Rəqəmlər indidən deyir ki, ilin sonuna qədər ümumi doğum sayının 100 min nəfəri keçməsini gözləməyək. Artıq gələcəklə bağlı əminliklə danışmaq olmur. Sosial-iqtidadi vəziyyətin, əhali ilə bağlı göstəricilərin pisləşməsi dumanlı mənzərə yaradır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri