Icma.az
close
up
RU
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlirlərin bölgüsü açıqlanıb

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlirlərin bölgüsü açıqlanıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 79,5 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 45,5 % çoxdur.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının dövlət büdcəsinin icrasına dair yarımillik təhlilində qeyd olunub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon manat və ya 5,9 % çoxdur.

Hesabata görə, ən böyük pay - 55,6 milyon manat özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satışının payına düşüb.

Ümumilikdə, bu dövrdə kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirilməsindən 18,9 milyon manat, investisiya müsabiqəsi vasitəsilə əmlak və səhmlərin satışından 4,8 milyon manat, səhmdar cəmiyyətlərinə çevrilmiş müəssisələrin səhmlərinin hərraclarda satışından isə 0,2 milyon manat gəlir əldə olunub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib. Nəticədə büdcə 2 milyard 708,2 milyon manat profisitlə icra olunub. Bu göstərici proqnozlaşdırılan 1 milyard 823,3 milyon manatlıq profisiti 885 milyon manat üstələyib.

Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə 1 milyard 298,8 milyon manat nəzərdə tutulsa da, icra 245 milyon manat olub. Həmçinin daxili borclanmadan (989 milyon manat) və məqsədli büdcə fondlarının qalığından (9,6 milyon manat) maliyyələşdirmə üzrə proqnozlar üzrə ümumiyyətlə icra qeydə alınmayıb. Əksinə, vahid xəzinə hesabının sərbəst qalığından kəsirin maliyyələşdirilməsi üçün 45 milyon manat proqnozlaşdırıldığı halda, faktiki olaraq 76,9 milyon manat vəsait yönəldilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see147

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see124

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri