Azərbaycanda dövlət satınalmalarının iştirakçılarının orta sayı 6 % ə yaxın artıb
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda dövlət satınalmalarının iştirakçılarının orta sayı 6 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,8, kotirovka sorğusu metodu üzrə 3,6 olmaqla, ümumilikdə 3,7 təşkil edib. SİA bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 5,7 % artıb.
"Dövlət satınalmalarında orta iştirakçı sayının artması rəqabətliliyin gücləndiyini və bazarda təchizatçı fəallığının artdığını göstərir. Orta iştirakçı sayı müvafiq dövrdə təklif vermiş bütün təchizatçıların sayının açılışı baş tutmuş bütün satınalmalara nisbəti ilə müəyyən edilir", - deyə məlumatda qeyd olunub.
Baxış sayı:57
Bu xəbər 30 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















