Azərbaycanda dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 25 faiz artırılır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 15 milyon manatı dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmaların payına düşəcək.
525.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25 % çoxdur.
Xatırladaq ki, bu il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 manat olacağı gözlənilir.
Dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmaların 2027-ci ildə 15 milyon manat, 2028-ci ildə 16 milyon manat, 2029-cu ildə isə 16 milyon manat proqnozlaşdırılır.

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 20 % artıb
28 Yanvar 2025 13:53
Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 10 % dən çox artırılır
16 Sentyabr 2025 03:12
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib
27 May 2025 15:11
Dövlət rüsumu üzrə daxilolmalar azalıb
27 May 2025 16:53
Azərbaycanda 6 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 21 % az icra edilib
03 İyul 2025 15:01

