Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azərbaycanda düyü ucuzlaşacaq?

Azərbaycanda düyü ucuzlaşacaq?

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin ilk 10 ayında düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 min ton, yəni 18,6% az olub. Həmçinin bu dövrdə Azərbaycana idxal olunan düyünün 1 kiloqramının orta idxal qiyməti 1 manat 59 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 76 qəpik idi. Ümumiyyətlə, qlobal düyü qiymətləri də hazırda enib, çünki Hindistan ixrac qadağasını ləğv edib və bazarda artıq məhsul yığılıb. Asiyada rekord miqdarda məhsul götürülməsi də qiymətlərin düşməsinə səbəb olub. Nəticədə dünya üzrə düyü qiymətləri 2017-dən bəri ən aşağı səviyyəyə düşüb və gözlənilir ki, 2025-in sonuna qədər aşağı düşməyə davam edəcək, yalnız 2026-da stabilləşə bilər. Bəs bütün bunlar fonunda Azərbaycanda düyünün qiyməti necə dəyişəcək?

İqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə düyü idxalının azalması yerli istehsalın artması ilə bağlıdır:

“Statistik məlumatlara əsasən, ötən illə müqayisədə bu il düyü istehsalı 20 min tona yaxınlaşıb ki, bu da təxminən 12% artım deməkdir. Əlbəttə, bu hələ daxili istehlakı tam qarşılaya bilmir. Belə ki, ölkədə illik düyü tələbatı 70 min tondur və onun 75–80%-i idxal hesabına ödənir. Hazırda hesab edilir ki, növbəti bir il, yaxud 6–10 ay ərzində düyü qiymətlərində ucuzlaşma baş verə bilər. Çünki Hindistan ixracını artırıb və daha ucuz qiymətə bazara məhsul çıxarır. Bu da daxili bazarda qiymətlərin enməsinə təsir edir”.

E.Kərimlinin sözlərinə görə, idxaldan asılılığın azalması üçün yerli düyü istehsalının artırılması ciddi dövlət proqramları tələb edir:

“Son illər çəltikçiliyə dövlət dəstəyi artsa da, təbii imkanlar və mövcud şərait nəzərə alınmalıdır. Bilindiyi kimi, düyü istehsalı su resurslarından çox asılıdır və hazırda su problemi mövcuddur. Buna görə də yaxın illərdə ölkənin düyü tələbatını tam olaraq daxili istehsal hesabına ödəmək real görünmür”.

Ekspert qeyd edib ki, qiymətlər əsasən idxaldan, yəni xarici bazarlardakı vəziyyətdən asılı olaraq formalaşacaq:

“Bu ildən Pakistanla müəyyən kvota tətbiq olunmuşdu və ölkə daha ucuz düyü idxal edirdi. Hazırda isə Hindistanın dünya bazarında qiymətləri endirməsi səbəbindən daxili bazarda ehtiyatların artırılması mümkündür ki, bu da gələcəkdə qiymətlərin aşağı düşməsinə təsir edə bilər. Əgər gözlənilməz iqlim hadisələri baş verməsə və mövcud qlobal tendensiya davam etsə, növbəti aylar və illərdə düyü qiymətlərində sabitlik qorunacaq və ciddi bahalaşma müşahidə olunmayacaq. Bu gün mövcud istehsal artımı da davam edərsə, idxaldan asılılıq müəyyən qədər azala bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Noyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri