Icma.az
close
up
RU
Azərbaycanda ekoloji mühitin mühafizəsi təmin olunur TƏHLİL

Azərbaycanda ekoloji mühitin mühafizəsi təmin olunur TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Azərbaycanda yeni meşə zolaqlarının, yaşıllıqların salınması, qurumuş ağacların yenilənməsi, park və xiyabanların salınması istiqamətində böyük işlər görülür. Ölkəmizin bütün şəhərlərində, kənd və qəsəbələrində, magistral yolların kənarlarında çürümüş, vaxtı bitmiş ağaclar yeniləri ilə əvəzlənir. Bu halda sıradan çıxan bir ağacın yerinə 15, bəzən isə 20-25 ağac əkilir. Bütün bunlar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirlir. Qanunun 2.6.maddəsinə görə, yaşıllıqların təbii istismar müddəti bitdikdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur. Həmin qanun 2.7. madsi ilə, yəni əsaslı rekonstruksiya iqtisadi cəhətdən səmərəsiz olduqda, təbii istismar müddəti bitmiş yaşıllıqlar torpaqdan çıxarılır və yaşıllığın bərpası məqsədi ilə həmin ərazilərdə bu Qaydaya uyğun yeni yaşıllıqlar salınır. Qanunun 2.8-ci maddəsinə görə, yaşıllıqlarda rekonstruksiya işlərinin həcmi hər ilin sentyabr ayında “Meşə əkinlərində, qoruyucu meşəliklərdə, tinglik sahələrində meşələrin təbii bərpasına köməklik və cavan ağaclıqlar yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilən sahələrdə inventarlaşma işlərinin aparılmasına dair texniki göstəriş”lər rəsmi statistik hesabat əsasında aparılan inventarlaşma zamanı müəyyən edilir.

Yaşıllıqların müfəssəl siyahısı tərtib edilib

Təbii ki, qanunlara istinad etməklə görülən fundamental işlər ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin daha da yaxşılaşmasına mühüm töhfələr verir. Azərbaycan dünya miqyasında barmaqla sayılan o dövlətlərdəndir ki, meşə massivlərinin salınmasına, yaşıllıqların yaradılmasına xüsusi diqqət göstərir. Bu istiqamətdə qanunvericilik aktları müəyyənləşib, mənəvi-psixoloji tədbirlər müəyyənləşib. Eyni zamanda Nazirlər Kabineti “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”ni təsdiq edib.Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində olan, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə) şamil olunmur. Mədəni abidələr sayılan yaşıllıqlar - landşaft arxitektura abidələri və bağ-park incəsənəti (bağlar, parklar, xiyabanlar, bulvarlar) sahələri “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna və bu Qaydaya uyğun tənzimlənir. Yaşıllıqların müfəssəl siyahısı yaşıllıqların uçotu və monitorinq məlumatları əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilir və bu Siyahıda dəyişikliklər həmin Nazirlik tərəfindən aparılır. Yaşıllıqların təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların növləri aşağıdakılardır:

- ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

- məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

- xüsusi təyinatlı yaşıllıqlar:

- sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşıllıqlar;

- infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tinglər (şitillər), küçə yaşıllıqları;

- mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda olan yaşıllıqlar;

- xatirə kompleksləri (xiyabanlar), qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.

Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər yaşıllıqlardan istifadəni aşağıdakı qaydada həyata keçirirlər:

- yaşıllıq ərazilərində təsərrüfat, şəhərsalma, tikinti və digər fəaliyyətlər zamanı yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, yaşıllıqların mühafizəsi tədbirlərinə əməl edilməsi, mütəmadi olaraq tullantıların yığışdırılmasının təmin edilməsi;

- yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalara riayət etməklə xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılarla ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan yaşıllıqların qanunvericiliyin tələblərinə uyğun olaraq götürülməsinin həyata keçirilməsi;

- yaşıllıq ərazilərinin ekoloji, sağlamlaşdırılma, turizm və rekreasiya məqsədləri ilə istifadəsinə neqativ təsir göstərən təsərrüfat fəaliyyətinin aparılmaması.

Yaşıllıqlardan istifadə zamanı istifadəçilər onları zədələməməli və məhv etməməli, o cümlədən onların zədələnməsinə və məhv edilməsinə səbəb ola biləcək aşağıdakı fəaliyyətlərə yol verməməlidirlər:

- yaşıllıq ərazilərinin tikintisi və abadlaşdırılması ilə əlaqədar olan hallar istisna olmaqla, həmin ərazilərdə material və konstruksiyaların anbarlanması;

- yaşıllıqların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsi;

- yaşıllıqların zədələnməməsi üçün müvafiq tədbirlər görülmədən binaların üstündən qar və buzların yaşıllıq ərazilərinə kürünməsi;

- yarpaq tökümü zamanı xəzəlin ağacların gövdə ətrafına və kolların, çəmənliyin üzərinə toplanaraq yandırılması;

- buzlaşmaya qarşı duz və digər kimyəvi preparatlardan istifadə olunması; və digərlər....

Böyüdükdə iri gövdə və çətirlər alan ağaclar şəhər və digər yaşayış məntəqələrində bina və kommunikasiya xətlərindən 10 metr aralı əkilməlidir. Yaşıllıqların salınması zamanı aqrotexniki və dendroloji qaydalara ciddi əməl olunmalı, bu Qaydanın əlavəsində müəyyən olunan minimal məsafələrə uyğun olaraq yaşıllıqların bina və mühəndis-texniki kommunikasiya xətlərindən uzaq olmasına riayət edilməlidir. (https://e-qanun.az/framework/37727)

Yaşıl zonalar yaradılır

Ölkəmizdə vaxtaşırı olaraq müxtəlif sahələrdə ağacəkmə aksiyaları keçirlir. Bu hal davamlı xarakter almaqla günümüzün diqqət çəkdiyi əsas məsələyə çevirilib. Ötən ilin Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ümumilikdə 8 milyondan çox müxtəlif növ ağac əkilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün 2024-cü ilin 18-27 oktyabr tarixlərində ölkəmizin 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.

Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün davam edən aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkilib. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi, əsasən, həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva daima ölkəmizin müxtəlif bölgələrində təşkil olunan ağacəkmə aksiyasında iştirak edirlər. 2019-cu il də Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə ölkəmizdə 650 min ağac əkilib. 2024-cü il də Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan “Gənclik” parkın da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvlərinin iştirakı ilə 1000 ədəd Eldar şamı ağacı əkilib.

Dövlət qurumları və onların əməkdaşları ağacəkmə aksiyasında yaxından iştirak edirlər

Müvafiq dövlət qurumları və onların əməkdaşlarıda ağacəknə aksiyasında yaxından iştirak edirlər. Təkcə bu il dövlət qurumlarının əməkdaşları tərəfindən 80 minədən çox ağac əkilib. 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib. Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış 1000 ailəlik məcburi köçkün qəsəbələrində baş tutan aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda, Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib. Aksiyada BŞİH-in rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər. Ərazi iştirakçılar tərəfindən yararsız tullantılardan təmizlənərək burada Abşeronun torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib. 27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov iştirak edib. Aksiya iştirakçıları və ekokönüllüləri Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkib.

Nəcib, xeyirxah işlər bundan sonra da davam etdiriləcək. Çünki xalqımızın Ulu Öndəri Heydər Əliyevin siyasətinin ana xəttini həm də təbiətin mühafizəsi, ağacların qorunması, yaşıllıqların salınması olub. Dahi Öndər Heydər Əliyev təbiətə qəsdi, ağacların kəsilməsini sərt şəkildə qınayırdı. O bu barədə çıxışlarının birində demişdir: “Təbiətə yönəlik hər hansı qəsd Ulu öndəri çox hiddətləndirərdi: “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də, siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.

Müsbət və təqdirəlayiq haldır ki, bu gün biz bir millət olaraq Dahi Öndərimiz Heydər Əliyevin zəngin maddi sərvətlərimiz olan meşələrə, yaşıllıqlara diqqət və qayğı göstərmək irsini uğurla və davamlı olaraq davam etdiririk. Bu siyasətin dəyişməyəcəyi, əksinə daha mütərəqqi və dinamik formada davam etdiriləcəyinə heç bir şübhə yoxdur.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri