Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır TƏHLİL

Ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır TƏHLİL

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Hava, su, maddi nemətlər, sənaye üçün xammal, təbii sərvətlər və hər nə lazım olursa, bütün bunları insan təbiətdən alır. Məhz bu sərvətlərdən uzun müddət ərzində kor-təbii şəkildə istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında dəyişilməyə məruz qalmaqdadır və belə bir dəyişkənliyin ələlxüsus, elmi-texniki tərəqqi dövründə daha da kəskinləşdiyi günümüzün reallığıdır. Dünya əhalisinin sayının durmadan artımının məhz tələbatının yüksəlməsini ötüb keçməsi, Yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətəbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi kimi bu və ya digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün, təsirin artmasına səbəb olub. Məqsəd əlbəttə ki, bu təsirləri minimuma endirmək, bununla da ekologiya və ətraf mühiti bacardıqca mühafizə etməkdir. Daha dəqiq desək, ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır.

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan, ekologiya elminə tələbatın və marağın günü-gündən artması başadüşüləndir. Müasir dövrdə ekologiya elmi bütün dünya ictimaiyyətinin, hər kəsin, alim və mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin belə diqqət mərkəzindədir. Məhz ekologiya və ətraf mühitin mühafizəsinin ön planda olmasına görə elə diqqət mərkəzində də sayılır.

Ətraf mühit və ekoloji məsələlər insanları lap qədim zamanlardan da maraqlandırıb və insanların ətraf aləmi dərk etməyə, bacardıqca zərər vurmamağa çalışması da təsadüfi və səbəbsiz deyil. Ekologiyanın, ətraf mühitin öyrənilməsinin və mühafizə edilməsinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən, xüsusən də onları əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri haqqında məlumatlar hələ eramızdan əvvəlki dövrlərdə də mövcud olub. Hələ Aristotelin, Böyük Plineyin, Boykonun əsərlərində belə yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulub.

Təkcə qədim dövrlərdə deyil, ələlxüsus, dövrümüzdə ekologiya ilə bağlı məsələlər hər zaman öndə olub. İstər ekologiya elminin öyrənilməsi, istərsə də ətraf mühitin qorunmasının daim diqqət mərkəsində olması bu baxımdan heç də təsadüfi deyil. Xatırladaq ki, ekologiya elminin təbliği, ətraf mühitin mühafizəsi sahəsində B.Ə.Budaqovun apardığı elmi tədqiqatların nəticələri onun “Təbiəti qoruyaq”, “Dözümlü, dözümsüz təbiət” və bir çox əsərlərində öz əksini tapıbdır. Bu əsərlərdə respublikamızda atmosfer havasının, suyunun, bitki örtüyünün, o cümlədən meşələrinin, torpağının, nadir landşaft obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, sellər, daşqınlar, sürüşmələr, eroziya olmaqla təbiətin ayrı-ayrı fəlakətli proseslərindən və onlara qarşı mübarizə tədbirlərindən, səhralaşmadan, ayrı-ayrı bölgələrin ekoloji problemlərindən, təbiətə antropogen təsirdən, başqa ölkələrdə ətraf mühitin mühafizəsi təcrübəsindən bəhs edilir.

Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir və mühitin tərkib hissələri, eləcə də xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və dəyişkən həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır. Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit faktorları olduqca müxtəlifdir və onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, eyni zamanda, onların yaşamasına və çoxalmasına səbəb və ya mane olması da təkzibedilməzdir.

Hələ antik dövrdə ətraf mühit haqqında təbii–elmi anlayışlar irəli sürərkən Milet məktəbinin əsasını qoyan qədim yunan mütəfəkkiri Fales təbiətin bütün hadisələrini suyun hərəkəti və çevrilməsi ilə aydınlaşdıraraq suyu hər şeyin ilk əsası sayırdı və Falesin bu görüşləri şübhəsiz ki, digər qədim mütəfəkkir Platonun fəlsəfəsinə də təsir göstərdi və suyun dövranı ideyası məhz Platona aiddir. Bildiyimiz kimi, su olduqca qiymətli sərvətdir və o, üzvi həyatı təşkil edən maddələr mübadiləsi proseslərində çox mühüm rol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti də danılmazdır. Torpağın tərkibində də su vardır və bütün canlı orqanizmlərin, bitkilərin, heyvanların da ümumi kütləsinin əhəmiyyətli hissəsini su təşkil edir. İnsan orqanizminin ümumi kütləsinin üçdə ikisi, qanın 80 %-i sudan təşkil olunub. Bir çox tərəvəz və meyvələrin kütləsinin 90–95 %-i sudan ibarətdir. Su olmadıqda həyat da dayanır, çatışmadıqda bitkinin məhsuldarlığı aşağı düşür və bir çox canlılar su mühitində yaşayırlar. Deməli, su bütün bəşəriyyət üçün, dünyamız üçün olduqca vacib və əhəmiyyətlidir. Bu isə ilk növbədə onu göstərir ki, ətraf mühitin mühafizəsində suyu da nəzərə almaq, lazımi qaydada istifadə etmək lazımdır ki, su ehtiyatlarının tükənməsinə, nəticə də ətraf mühitə mənfi təsir edilməsinə səbəb olmasın.

Onu da bilirik ki, planetimizi əhatə edən vahid hava okeanı, hava təbəqəsi Yer üzərində həyatı qoruyur və saxlayır. Dünya dövlətləri quru əraziləri öz aralarında bölüşə bilsələr də daim hərəkətdə olan atmosferi bölə bilmirlər və buna görə də hava təbəqəsi bəşəriyyətin ümumi “mülkü” hesab olunur. Ona görə də atmosferin çirklənməsi bəşəriyyətin , cəmiyyətin “bəlası” sayılır. Bu “bəla” əsasən insanın sənaye fəaliyyətinin aktivləşməsi nəticəsində baş verir və insanın özünə, bütün canlılara, bitkilərə və bütövlüklə Biosferə mənfi təsir göstərir. Atmosferin çirklənməsi ən çox sənayenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət müəssisələri cəmləşən, həyat tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə malik olan , enerjidən yüksək dərəcədə istifadə edən ölkələrdə baş verir. Bu ölkələrdə havaya çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları artılır ki, bu da bütövlükdə dünyamız üçün heç də xoşagələn nəticələr vəd etmir, ekologiyaya və ətraf mühitə mənfi təsirlər göstərir. Ona görə də hazırda müasir geniş qaztəmizləmə texnikası olmasına baxmayaraq, xammaldan tullantı olmadan kompleks istifadə edərək, ətraf mühiti çirkləndirməmək istiqamətində texnoloji proseslər yaratmaq ekologiyanın radikal həlledici məsələsi olaraq qalır. Təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin təmiz saxlanması və yaxşılaşdırılması, məhz tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsi ilə bağlıdır.

Xatıradaq ki, Azərbaycan öz müstəqilliyini ötən əsrin 90-cı illərində bərpa etdikdən sonra dövlətimizin qarşısında duran bir sıra mühüm vəzifələrdən biri də ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı olub. Çünki ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdiyi dövrə qədər, yəni Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsinin diqqət mərkəzində olmaması və hətta ciddi problemlərin də mövcud olması səbəbindən ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı ciddi işlərin görülməsi mühüm vəzifələrdən sayılırdı. Enə buna görə də müstəqilliyini yenidən bərpa edən Azərbaycanda təbiətin, ekologiyanın, ətraf mühitin mühafizəsinə elə məhz müstəqilliyimiz yenidən bərpa olunduğu dövrdən xüsusi diqqət ayrıldı. Həmin dövrə qədər məhəl qoyulmayan ekologiya və ətraf mühitin mühafizəsi artıq prioritet olaraq qəbul olundu və bu məsələ hazırda da ön plandadır.

Sözsüz ki, ekolguyanın qorunması, ətraf mühitin mühafizəsi təkcə dövlətin, dövlət başçısının, dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin də maraq dairəsində olmalıdır. Çünki insanlar bilməlidirlər və bilirlər ki, təbiətin, ətraf mühitin qorunmaması, onun çirklənməsi nəticə etibarı ilə ekoloji problemlərə, ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilər və bu da bütövlükdə insan cəmiyyəti üçün təhlükəli vəziyyətin yaranması deməkdir. Qlobal istiləşmə, təbiətdə su ehtiyatlarının tükənməsi və digər məsələlər məhz ekoloji tarazlıqla bağlı olan məsələlərdir və bu baxımdan insan cəmiyyəti bunun qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir. Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz bu məsələyə də çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, təbiətin mühafizəsinə qətiyyən laqeyid deyil. Daha dəqiq desək, cəmiyyətimiz üçün də ekologiya və ətraf mühitin mühafizəsi ön plandadır.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:348
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 May 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri