Icma.az
close
up
RU
Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb AZƏRTAC

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları üzrə respublikada elektrik enerjisinin istehsalı 2,1 faiz azalaraq 25 milyard 932,5 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 11 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 22 milyard 351,9 milyon kilovat-saat, SES-lərdə 2 milyard 780,9 milyon kilovat-saat, digər mənbələr üzrə isə 799,7 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 48,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 540,1 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 617,8 milyon kilovat-saat, yəni 80 faizdən çox artaraq 3 milyard 580,6 milyon kilovat-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 milyard 908,1 milyon kilovat-saat (İES-lərdə 20 314,7 milyon kilovat-saat, SES-lərdə 2 milyard 593,4 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 454,7 milyon kilovat-saat (İES-lərdə 227,7 milyon kilovat-saat, SES-lərdə 169,5 milyon kilovat-saat, GES-də 57,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 36,8 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 532,9 milyon kilovat-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin ixracı 2,2 dəfə azalaraq 1 milyard 255,3 milyon kilovat-saat, idxalı isə 1,3 dəfə azalaraq 159,8 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalaraq 2 milyard 89,7 milyon kilovat-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı kəskin azalaraq 7,9 milyon kilovat-saat, idxalı isə 1,2 dəfə azalaraq 9,1 milyon kilovat-saat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri