Icma.az
close
up
RU
AZƏRBAYCANDA ƏLİLLİYİ SÜBUT ETMƏK MƏŞƏQQƏTİ Ombudsman da dilə gəldi...

AZƏRBAYCANDA ƏLİLLİYİ SÜBUT ETMƏK MƏŞƏQQƏTİ Ombudsman da dilə gəldi...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi son illərdə tam elektronlaşdırılmış sistem üzərindən həyata keçirilir. Proses rəsmi olaraq daha şəffaf və obyektiv hesab olunur. Lakin praktikada vətəndaşların qarşılaşdığı çətinliklər bu sahədə hələ də sualların qaldığını göstərir.

Əlilliyin təyin olunması prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarə olunur, qərar isə Tibbi-Sosial Ekspertiza Komissiyası (TSEK) tərəfindən qəbul edilir. Rəsmi açıqlamalara görə, sistem insan faktorunu minimuma endirmək və subyektivliyi aradan qaldırmaq məqsədi daşıyır. Amma vətəndaşların təcrübəsi bəzən fərqli mənzərə ortaya qoyur.

Tovuz sakini Elfaq Mirzəyev “AzPolitika”ya bildirib ki, insult keçirdikdən sonra sağlamlığını itirib, uzun müddət yataq xəstəsi olub, daha sonrakı dövrdə əsa ilə güclə hərəkət edir. Müraciəti üzrə ona 2 dərəcə müddətli əlillik təyin edilib. Ötən il 5 il tamam olub və o yenidən Tibbi-Sosial Ekspertiza Komissiyasına müraciət edib. Dediyinə görə, uzun müddətli müalicələrin heç bir effekti olmayıb, o iş qabiliyyətini itirib. Buna baxmayaraq TSK ona sənədlərin natamam olmasını əsas gətirərək imtina cavabı verib. E.Mirzəyev deyir ki, bu yalandır, bütün sənədləri təqdim edib. Vətəndaşın təkrar müraciətinə də rədd cavabı verildikdən sonra bildirilib ki, növbəti dəfə 6 aydan sonra müraciət edə bilər.

Tovuz sakini bildirir ki, əlil vətəndaşa qarşı belə qəddar münasibətin səbəbini anlamır: “Mən müavinət hesabına dərman xərclərimi güc-bəla ödəyirəm, ailəmin başqa heç bir gəlir mənbəyi yoxdur. Məni müavinətdən məhrum edən qurum, yaxud Əmək Nazirliyi niyə düşünmür ki, köməksiz vətəndaşı taleyin ümidinə buraxır. Axı dövlətin mənim sağlamlığımın, yaşamaq hüququmun təmin olunması öhdəliyi var...”

Qeyd edək ki, əlillik təyin olunması üçün ilkin mərhələ dövlət tibb müəssisəsindən elektron göndəriş – Forma 88-in alınmasıdır. Bu sənəddə diaqnoz, müayinələr və funksional məhdudiyyətlər əsaslandırılmalıdır.


Daha sonra məlumatlar elektron sistem vasitəsilə komissiyaya ötürülür. Qiymətləndirmə anonim aparılır və qərar yalnız tibbi sənədlərə əsaslanır. Nəticə barədə məlumat SMS vasitəsilə bildirilir, vətəndaşlar məlumatı e-sosial portalından və ya DOST Agentliyi mərkəzlərindən əldə edə bilirlər.

Rəsmi mövqeyə görə sistem şəffafdır. Lakin əsas müzakirə mövzusu məhz bu “şəffaflığın” praktikada necə işləməsidir.

Azərbaycanda əlillik xəstəliyin adına görə deyil, onun yaratdığı funksional məhdudiyyətə görə təyin edilir. Qiymətləndirmə faiz sistemi ilə aparılır:

81–100 % funksional itki – I dərəcə

61–80 % – II dərəcə

31–60 % – III dərəcə

30 faizdən aşağı olduqda əlillik təyin edilmir.

Bu prinsip beynəlxalq təcrübəyə uyğun sayılsa da, vətəndaşların ən çox narazı qaldığı məqam da məhz budur. Çünki ağır diaqnoz alan bəzi şəxslər funksional itkinin “yetərli hesab edilməməsi” səbəbilə əlillik ala bilmirlər.

Əsas problemlər harada yaranır?

Vətəndaşların sözlərinə görə, ən böyük çətinlik ilkin tibbi göndəriş - Forma 88 mərhələsində başlayır. Bəzi hallarda həkimlər ümumiyyətlə sənədi verməkdə tərəddüd edir, əlavə və təkrar müayinələr tələb edirlər. Bundan başqa regionlarda ixtisaslaşmış həkim çatışmazlığı prosesi uzadır. Nəticədə proses aylarla davam edir və 6 aylı müddət keçdikdən sonra əlillik təyin olunsa belə itirilən dövrə görə müavinətlər ödənilmir.

Qiymətləndirmə anonim aparıldığı üçün vətəndaş komissiya üzvləri ilə birbaşa ünsiyyət qura bilmir. İmtina qərarı gəldikdə isə əsaslandırma çox zaman ümumi ifadələrlə təqdim olunur. Bəzi müraciətçilər bildirirlər ki, onların təqdim etdiyi sənədlərin hansı hissəsinin kifayət etmədiyi tam aydın olmur. Bu isə yenidən müraciət və əlavə sənəd toplamaq deməkdir.

Bir çox hallarda əlillik 1-.2 il ərzində, yəni müddətli təyin edilir.Müddət bitdikdə şəxs eyni proseduru yenidən keçməlidir. Xüsusilə xroniki və geri dönməz xəstəliklərdə bu təkrar mexanizm vətəndaşlar tərəfindən əlavə bürokratik yük kimi qiymətləndirilir.

Qərardan narazı qalan şəxslər yenidən qiymətləndirmə və ya məhkəməyə müraciət edə bilərlər. Lakin, proses uzun vaxt aparır, vətəndaşdan hüquqi bilik tələb edir. Bununla yanaşı təbii ki, əlavə tibbi sənədlərtələb olunur və xərc yaradır. Bu səbəbdən bir çox vətəndaş qərarla razılaşmasa da, şikayət mexanizminindən istifadə etmir.

Bu gün Milli Məclisin İnsan Hüquqları komitəsinin iclasında təqdim olunan Ombudsman 2025-ci il üzrə məruzəsində vətəndaşların şikayətlərinə əsasən bir sıra tövsiyələr irəli sürülüb:

Qiymətləndirmə müddətlərinin azaldılması və daha aydın təyin olunması

Ombudsman təklif edir ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.5.1-ci bəndi aşağıdakı şəkildə verilsin: "Şəxsin eyni xəstəliklə son 3 (üç) ay müddətində fasiləsiz və ya son 6 (altı) ay müddətində fasilələrlə ümumilikdə 3 (üç) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;"

Əlillik qiymətləndirmə prosedurlarının sadələşdirilməsi və etimad prinsipinin gücləndirilməsi

Ombudsman bildirir ki, həkim-məsləhət komissiyaları tərəfindən verilən göndərişlərin çox vaxt natamam hesab olunması vətəndaşların təkrar müraciət etməsinə, prosedurun uzanmasına və hüquqların operativ təmin olunmasına əngəl yaradır. Buna görə də:

-Əlillik qiymətləndirməsi prosesində iştirak edən qurumlar arasında koordinasiyalı və qarşılıqlı etimad prinsipinə əsaslanan fəaliyyət təmin edilməlidir;

-Prosedurlar mümkün qədər sadələşdirilməli, müraciət edən şəxslərin vaxt və resurs itkisi minimuma endirilməlidir;

-görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin "ASAN imza" vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanması və tətbiqi;

- "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin icrasının daha səmərəli təmin edilməsi, ölkənin sosial inklüzivlik siyasətinin gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman - Berlin Bəyannaməsinə qoşulmas

Elektronlaşma – həll, yoxsa yeni baryer?

Rəsmi qurumlar bildirirlər ki, elektron sistem korrupsiya risklərini azaldıb və subyektiv müdaxilənin qarşısını alıb. Doğrudan da, fiziki komissiya müayinələrinin ləğvi əvvəlki illərlə müqayisədə daha mərkəzləşdirilmiş model yaradıb.Amma yaşlı və ya elektron xidmətlərdən istifadə bacarığı zəif olan vətəndaşlar üçün sistem əlavə çətinlik yarada bilir. Bu zaman DOST mərkəzləri kömək mexanizmi kimi çıxış etsə də, regionlarda əlçatanlıq məsələsi hələ də müzakirə mövzusudur.

Əsas sual dəyişməz qalır

Əlillik təyinatında əsas prinsip funksional məhdudiyyətdir və bu, beynəlxalq yanaşmaya uyğundur. Lakin vətəndaşların gözləntisi daha detallı izah, daha aydın əsaslandırma və daha çevik mexanizmdir. Ombudsman təklifləri göstərir ki, prosedur sadələşdirilə və koordinasiya gücləndirilə bilər, bu isə həm hüquqların qorunmasına, həm də sistemin operativliyinə xidmət edər.

Sistem rəqəmsal ola bilər, amma sosial ədalət hissi yalnız qərarların izahı və əlçatanlığı ilə təmin olunur. Əlillik məsələsi təkcə sosial müavinət deyil - insanın ləyaqəti, əmək hüququ və sosial müdafiə haqqıdır. Buna görə də bu sahədə şəffaflıq və operativlik cəmiyyət üçün həmişə aktual mövzu olaraq qalacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Fevral 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri