Icma.az
close
up
RU
Əlilliyi olanlar üçün şəhərlər əlçatan və rahat olmalıdır Ombudsman

Əlilliyi olanlar üçün şəhərlər əlçatan və rahat olmalıdır Ombudsman

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"WUF13 kimi nüfuzlu beynəlxalq platformanın ölkəmizdə keçirilməsi şəhərsalma, dayanıqlı inkişaf, sosial inklüzivlik və insan hüquqları məsələlərinin birgə müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə,  müasir dövrdə şəhərlərin inkişafı yalnız memarlıq həlləri, infrastruktur və nəqliyyat imkanları ilə deyil, ilk növbədə insanın gündəlik həyatına yaratdığı real şəraitlə ölçülür:

“Şəhərin həqiqi inkişaf göstəricisi onun hər bir insan üçün nə dərəcədə əlçatan, təhlükəsiz, rahat və ləyaqətli həyat məkanı olmasıdır. Bu baxımdan bugünkü tədbirin mövzusu xüsusi aktuallıq kəsb edir. Əlilliyi olan şəxslərin hüquqları şəhərsalma siyasətinin mahiyyətinə daxil olan əsas insan hüquqları məsələlərindəndir. İnklüziv şəhər mühitinin formalaşdırılması bərabər imkanların, sosial ədalətin və insan ləyaqətinə hörmətin mühüm şərtidir.

Müyəssərlik yalnız pandus, lift və xüsusi nişanlarla məhdudlaşmır. Bu anlayış insanın gündəlik həyatını sərbəst qurmasına imkan verən bütöv yanaşmanı ifadə edir. Bu isə şəxsin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət, ictimai xidmətlər və icma həyatında digər şəxslərlə bərabər şəkildə maneəsiz və səmərəli iştirakını təmin etmək deməkdir. Beləliklə, əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər və səmərəli iştirakı yalnız müyəssər mühitin formalaşdırılması ilə mümkündür”.

Ombudsman onu da qeyd edib ki, əlilliyi olan şəxslərin qarşılaşdığı bir çox çətinliklər daha çox mühitin düzgün qurulmaması ilə bağlıdır:

“Standartlara uyğun olmayan keçidlər, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitar qovşaqlar, səsli və vizual məlumatlandırmanın yetərsizliyi, rəqəmsal xidmətlərdə mövcud maneələr insanların müstəqil yaşamaq və cəmiyyətdə bərabər iştirak etmək imkanlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı üçün bu sahə həm hüquqi, həm də institusional baxımdan mühüm prioritetlərdən biridir. Bakı şəhərinin bir sıra mərkəzi ərazilərində ictimai məkanların, keçidlərin, nəqliyyat və informasiya infrastrukturunun əlilliyi olan şəxslər üçün müyəssərliyi monitorinq edilib. Monitorinq prosesində vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi önəm verilib. Monitorinqin nəticəsi olaraq əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə müvafiq təklif və tövsiyələrin əks olunduğu hesabat hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib. Bu yanaşma olduqca vacibdir. Çünki əlilliyi olan şəxslər və onları təmsil edən təşkilatlar qərarların qəbulu, layihələndirmə, monitorinq və qiymətləndirmə proseslərində birbaşa iştirak edən tərəfdaşlar kimi çıxış etməlidirlər. Ən düzgün və dayanıqlı həll yolları gündəlik həyatda həmin maneələrlə üzləşən insanların bilik və təcrübəsi nəzərə alındıqda formalaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri