Azərbaycanda əlli min müəllimin ixtisar riski var
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, 2015-ci ildə 1.5-1.6 milyon şagird təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra ölkə məktəblərində oxuyanların sayı təxminən 1 milyon olacaq. Onun sözlərinə görə, bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır.
Ə.Əhmədovun vurğulamasına görə, bir neçə onillikdən sonra, yəqin ki, pensiyaçılar ilə işləyən əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək. Onun fikrincə, bu da həm iqtisadiyyata, həm də sosial siyasətə ciddi təsir göstərə bilər.
“Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”, – Ə.Əhmədov əlavə edib. (Azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Mart 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















