Icma.az
close
up
RU
Azərbaycanda ən çox hansı markalı smartfonlardan istifadə edilir? SİYAHI

Azərbaycanda ən çox hansı markalı smartfonlardan istifadə edilir? SİYAHI

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

Gundelik.az-ın “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Samsung” smartfonları bu ilin noyabr ayında mobil cihazlar üzrə 24,96 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Cari ilin oktyabr ayına olan göstərici ilə müqayisədə “Samsung” markasının Azərbaycanda bazar payı 0,41 faiz bəndi, 2024-cü ilin noyabr ayına nisbətən isə 9,21 faiz bəndi azalıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında “Unknown” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,91 faiz bəndi azalıb, ötən ilin noyabr ayına nisbətən isə 15 faiz bəndi artaraq 23,8 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Apple” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,45 faiz bəndi, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,84 faiz bəndi artaraq 21,65 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 18,54 faiz bazar payı ilə “Xiaomi” smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə 0,67 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə 9,27 faiz bəndi azdır.

Bu ilin noyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatə dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 4,94 faiz (oktyabr ayına nisbətən 0,6 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,17 faiz bəndi az);

“Huawei” – 1,77 faiz (oktyabr ayına nisbətən 0,33 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,25 faiz bəndi az);

“Oppo” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,12 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi az);

“Realme” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,09 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi çox);

“Infinix” – 0,86 faiz (oktyabr ayına nisbətən 0,07 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Tecno” – 1,16 faiz (oktyabr ayına nisbətən 0,13 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi çox);

“Motorola” – 0,23 faiz (oktyabr ayına nisbətən 0,02 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi az);

“LG” – 0,01 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,03 faiz bəndi az);

“Google” – 0,08 faiz (oktyabr ayına nisbətən 0,7 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,18 faiz bəndi az);

“Lenovo” – 0,06 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Sony” – 0,02 faiz (oktyabr ayına nisbətən 0,01 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi az)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,36 faiz digər markaların payına düşüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri