Azərbaycanda ən çox maliyyə sektoruna kiberhücum olur RƏSMİ
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müxtəlif xarakterli kiberhücumlar informasiya sistemlərinin fəaliyyətinin pozulmasına, məlumatların ələ keçirilməsinə, icazəsiz girişlərə və informasiya resurslarının əlçatanlığına təsir göstərə bilər.
Bəs Azərbaycana qarşı həyata keçirilən kiberhücumların mənbəyi müəyyən edilirmi və ölkədə daha çox hansı sahələr hədəfə alınır?
Ölkə.az xəbər verir ki, Sfera.az bununla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə sorğu göndərib.
Agentlikdən bildirilib ki, kiberhücumların texniki mənşəyinin müəyyən edilməsi ilə onların arxasında dayanan tərəfin müəyyənləşdirilməsi fərqli məsələlərdir:
“Hücum zamanı istifadə olunan serverlərin, IP ünvanlarının və digər texniki resursların yerləşdiyi ölkə hücumun həmin ölkədən təşkil edildiyini təsdiqləmir. Bu səbəbdən hücumların konkret ölkələrlə əlaqələndirilməsi yalnız müvafiq qiymətləndirmə əsasında mümkündür”.
Qeyd olunub ki, kibertəhdidlər müxtəlif xarakter daşıyır və qarşıya qoyulan məqsədlərdən, informasiya sistemlərinin xüsusiyyətlərindən, eləcə də mövcud təhlükəsizlik risklərindən asılı olaraq fərqli hədəflərə yönələ bilər.
Agentliyin məlumatına görə, bu təhdidlər sırasında informasiya sistemlərinin fəaliyyətinin pozulması, məlumatların ələ keçirilməsi, sabotaj, icazəsiz giriş və informasiya resurslarının əlçatanlığına təsir göstərən hücumlar yer alır.
Bildirilib ki, ən çox hədəf alınan sahələr adətən dövlət resursları və maliyyə sektoru olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Oktyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















