Balıq bazarında bahalaşma gözlənilir Video
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Balıq bazarında qiymət artımı müşahidə olunur.
Axar.az Baku TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki aylarla müqayisədə həm çeşidlər azalıb, həm də bəzi balıq növləri bahalaşıb.
Onlar bildirirlər ki, ən münasib qiymətə satılan balıqlardan biri fareldir və onun kilosu 11-12 manat arasında dəyişir. Digər balıq növlərində isə qiymətlər daha yüksəkdir.
Alıcıların bir qismi qiymətlərin baha olduğunu desə də, bəziləri qiymətləri münasib hesab edir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, daşınma və saxlanma xərclərinin yüksəlməsi, həmçinin balıq yetişdirilməsi sahəsində xərclərin artması qiymətlərə təsir göstərir.
Bundan əlavə, İranda baş verən proseslərin də bazara təsirsiz ötüşmədiyi vurğulanır. Bildirilir ki, İrandan idxal olunan məhsullarda yaranan fasilələr qiymətlərin daha da yüksəlməsinə səbəb olur.
İqtisadçı yaxın aylarda ət və balıq məhsullarında ucuzlaşma gözlənilmədiyini, əksinə, qiymət artımının davam edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 May 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















