Icma.az
close
up
RU
Azərbaycanda ət ucuzlaşa bilər nazirlik istəsə, məmurlar imkan versə…

Azərbaycanda ət ucuzlaşa bilər nazirlik istəsə, məmurlar imkan versə…

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər ölkədə müzakirə olunan əsas məsələlərdən biri də ət və ət məhsullarının bahalaşmasıdır. Bildirilir ki, Rusiya, Qazaxıstan və Ukraynada ətin qiyməti Azərbaycandan 4-5 manat daha ucuzdur. Bu da cəmiyyətdə narazılığa səbəb olur və qiymətlərin yüksək olmasına görə Kənd Təsərrüfatı Nazirliyi tənqid edilir.

Bəs Azərbaycanda ətin qiymətinin aşağı salınması üçün Kənd Təsərrüfatı Nazirliyi hansı addımları atmalıdır? Nazirlik nə etməlidir ki, ət daha münasib qiymətə satılsın?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda ətin qiymətinin ildən-ilə artmasını yalnız yem, otlaq və ya heyvan sayının azlığı ilə izah etmək düzgün deyil:

“Problemin kökündə illərdir tətbiq olunan iqtisadi model və kənd təsərrüfatının idarə olunması sistemi dayanır. İlk növbədə mövcud modeldən imtina edilməli, kənd təsərrüfatı siyasətini həyata keçirən strukturun fəaliyyəti yenidən qiymətləndirilməli və tamamilə yeni idarəetmə fəlsəfəsi əsasında struktur formalaşdırılmalıdır. Burada artıq ayrı-ayrı qərar və proqramlardan deyil, illərdir davam edən idarəetmə və sistem problemindən söhbət gedir”.

İqtisadçının fikrincə, problemlər zaman keçdikcə xroniki xarakter alıb:

“Xroniki xəstəliyi kosmetik dəyişikliklərlə müalicə etmək mümkün olmadığı kimi, kənd təsərrüfatındakı struktur problemlərini də yeni subsidiya mexanizmləri və ayrı-ayrı layihələrlə həll etmək mümkün deyil. Artıq yanaşmanı dəyişməliyik. Əsas sual fermerə nə qədər subsidiya verilməsi və ya nə qədər heyvanın olması deyil, istehsal olunan məhsulun maya dəyəri və onun istehlakçıya hansı qiymətə çatdırılmasıdır. Ətin qiyməti məsələsində də eyni prinsip tətbiq olunmalıdır”.

A.İbrahimov bildirib ki, Azərbaycanın ərazisinin nisbətən kiçik olması ətin bahalığının əsas səbəbi deyil:

“Əsas məsələ mövcud torpaq, su, otlaq və yem resurslarından nə qədər səmərəli istifadə edilməsidir. Problemi heyvan sayını artırmaqla deyil, bir heyvandan daha çox və daha ucuz ət əldə etməklə həll etmək mümkündür. Bunun üçün yem bazası, məhsuldar damazlıq heyvandarlıq, müasir kökəltmə təsərrüfatları, baytarlıq xidmətləri, fermer kooperasiyaları, müasir kəsim və soyutma infrastrukturu, həmçinin logistika inkişaf etdirilməlidir. Subsidiya siyasəti də dəyişməlidir. Dövlət sadəcə heyvan alan fermeri deyil, daha aşağı maya dəyəri ilə çox və keyfiyyətli məhsul istehsal edən fermeri stimullaşdırmalıdır”.

İqtisadçı dövlət vəzifəlilərinin biznes fəaliyyəti ilə fermerlərin fəaliyyətinin toqquşmasının da qarşısının alınmasının vacibliyini vurğulayıb:

“İnzibati resursu əlində saxlayan şəxs eyni zamanda həmin rayonda təsərrüfat, ferma və ya digər kommersiya marağına malikdirsə, sağlam rəqabətdən danışmaq mümkün deyil. Torpaq bölgüsünə, icazələrə və yerli resurslara təsir imkanına malik şəxsin özü fermerlə rəqabət aparırsa, sıravi fermerin onunla eyni bazar şəraitində mübarizə aparması mümkün deyil. Buna görə dövlət vəzifəlilərinin biznes fəaliyyəti ilə bağlı aydın və işlək maraqlar toqquşması qaydaları tətbiq edilməlidir”.

Asif İbrahimov

Ekspertin sözlərinə görə, fermerin torpağa, otlağa, suya və digər istehsal resurslarına çıxışı inzibati şəxslərin şəxsi maraqlarından asılı olmamalıdır:

“Resursların bölüşdürülməsində şəffaflıq və rəqabət təmin edilmirsə, təkcə subsidiya verməklə problemi həll etmək mümkün deyil. Azərbaycan SSR dövründə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları heyvandarlıq baxımından mühüm ərazilər hesab olunurdu. Bu gün həmin ərazilərin böyük hissəsinin yenidən Azərbaycanın nəzarətinə qayıtması və işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi imkanların yaranması böyük fürsətdir. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı və heyvandarlıq potensialı düzgün idarə olunarsa, ölkənin ət və digər ərzaq məhsullarının istehsalında ciddi artım yarada bilər.

Lakin burada da köhnə idarəetmə modelini təkrarlamaq əvəzinə rəqabətli, şəffaf və özəl sektorun aparıcı rol oynadığı yeni iqtisadi model qurulmalıdır”.

A.İbrahimov dövlətin iqtisadiyyata birbaşa müdaxiləsinin də azaldılmasının vacibliyini qeyd edib:

“Dövlət sahibkarın, fermerin və bazarın yerinə qərar verən tərəfə çevrilməməlidir. Əsas vəzifə aydın və sabit qaydalar müəyyənləşdirmək, sağlam rəqabət mühiti yaratmaq, mülkiyyət hüquqlarını qorumaq, infrastruktur və hüquqi təminatı formalaşdırmaqdır. Dövlət bazarın yerinə keçməməli, onun işləməsi üçün şərait yaratmalıdır. Yeni modelin əsas göstəricisi heyvanların və ya subsidiyaların sayı yox, bir kiloqram məhsulun maya dəyəri, fermerin gəlirliliyi və istehlakçının ödədiyi qiymət olmalıdır. Əgər dövlət illərdir vəsait ayırır, subsidiyalar verir, müxtəlif proqramlar həyata keçirir, amma vətəndaş hər il daha baha ət alırsa, deməli, sistemə yenidən baxmaq lazımdır”.

Ekspert əlavə edib ki, ətin ucuzlaşmasının yolu qiyməti inzibati qaydada aşağı salmaq deyil, maya dəyərini azaldan yeni kənd təsərrüfatı və iqtisadi model qurmaqdır:

“Azərbaycanın problemi nə torpaq, nə də heyvandarlıq potensialının olmamasıdır. Problem mövcud potensialı effektiv iqtisadi nəticəyə çevirə bilməməyimizdir. Bu model dəyişməsə, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə qayıtması belə öz-özlüyündə ətin ucuzlaşmasına zəmanət verməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri