Icma.az
close
up
RU
Ətin qiyməti 30 manat olacaq Ağa Salamovdan çıxış yolu

Ətin qiyməti 30 manat olacaq Ağa Salamovdan çıxış yolu

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bazarlarda mal ətinin kiloqramı 30 manata qədər qalxacağı ilə bağlı məlumatlar yayılıb. Artan qiymətlər xüsusən də ailə büdcəsi məhdud olan və gündəlik rasionunda ət məhsullarına yer verən vətəndaşları narahat edir. Sosial şəbəkələrdə də ətin bahalaşması ciddi müzakirələr doğurub.

Ət məhsullarının qiymətində artımın əsas səbəbləri hansılardır – daxili bazardakı təklif-tələb balansı, yoxsa idxaldan asılılıq?

Qiymətlərin 30 manata qədər bahalaşması realdırmı, yoxsa süni şayiələrdir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bahalaşma ola bilər. Çünki ildən-ilə qoyun və keçilərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların azalması, (iribuynuzlular məhv olub gedir) iqtisadi tərəfdən yemlərin bahalaşması, örüş yerlərinin olmaması, meqapolis həyat, insanların fermerliyə, bazarda rəqabətə marağının olmaması, monopoliya təbii ki, heyvanların azalmasına və bahalaşmaya gətirib çıxarır.

A. Salamovun sözlərinə görə, kəndlinin əzildiyi bir dövrdə yaşayırıq. Məmur işbazların kəndliyə verdiyi xəstə heyvanları da mediada videolardan gördük. Bu da kəndlinin ələ salınması deməkdir. Nə vaxta kimi kəndli əziləcək, dəstək olunmayacaq o zaman da ildən-ilə bahalaşmalar olacaq. Hətta növbəti illərdə də süni ətin meydana gəlməsi prosesi də baş verə bilər. Çünki artıq süni ətin yayılması dünyada baş verib.

Qida üzrə mütəxəssis, ekspert qeyd edir ki, bu gedişlə qoyun ətinin bu dəqiqə 21-25 manat arasında dəyişdiyini görürük. Bu da 2026-cı ildə qoyun ətinin 30 manata qədər artmasına gətirib çıxara bilər. Buna da səbəb yuxarıda qeyd etdiyim problemlərdən qaynaqlanır.

Ekspert əlavə edib ki, kəndlinin böyüdülməkdə və kökəldilməkdə olan sürülər nə qədər çox olsa, rəqabət də çox olar. Rəqabət çox olanda inəyin, qoyunun, dananın, keçinin sayı da çoxalar. Say çoxaldıqca, qiymət də aşağı düşəcək. Pomidorun qiyməti aşağı düşdü. Çünki rus bazarı bağlandı, Xaçmaz pomidorunun indi yeşiyi 5 manatdır. Vaxt var idi biz pomidorun kilosunu 5 manata alırdıq. Çünki indi rəqabət yarandı və bazarlarda bolluq oldu. Deməli, biz daxili təsərrüfatımızı genişləndirsək, kəndliyə hər bir şərait yaratsaq, kəndlinin maraqları və güvənləri olsa, o zaman sürülərin də sayı çoxalacaq, örüş yerləri də olacaq, bazarda rəqabət də olacaq və beləliklə, qiymət aşağı düşəcək. Amma bu gedişlə, yəni, daxildə olan problemlərlə qiymətin aşağı düşməsi absurddur. Qiymət artımı təəssüflər olsun ki, gözləniləndir.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri