Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb
Icma.az, Operativ MM portalına istinadən məlumat verir.
Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, son 2 ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib: "Onlayn Azərbaycan" layihəsi çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Dünyanın nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom”MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















