Azərbaycanda geyim mağazalarına tələbatın azalmasında Trendyolun rolu varmı? AÇIQLAMA
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol" Azərbaycanda mağazalara tələbatı azaldıb. Bu barədə sosial şəbəkələrdə tez-tez müzakirələr edilir.
Bəs görəsən Azərbaycanda geyim mağazalarına tələbatın azalmasında Trendyolun rolu varmı?
Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli Sonxeber.az – a açıqlama verib:
"Azərbaycanda mağazalara marağın azalmasının əsas səbəbi qiymətlərdir. Lakin, Trendyolda da qiymətlər əvvəlki qədər münasib deyil. Bu bazar iqtisadiyyatıdır. Hansı şirkət daha optimal qiymətlər təklif edirsə, insanlar ona doğru gedir. Mənə elə gəlir ki, Azərbaycanda da bu kimi müvafiq platformaların yaranma vaxtı çatıb. Əgər bu platformalar bizdə də yaransa, rəqabətə dözə bilərmi yoxsa, yox, bu tamam başqa məsələdir. Bu gün Trendyol digər xarici böyük satış platformaları ilə rəqabətdə uduzur".
Çiçək Sadatova
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















