Hantavirusa ölkəmizdə yoluxma OLUB? RƏSMİ
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
"Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur:
Ətraflı
yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək;
gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək;
açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;
gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















