Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Azərbaycanda həkimlər niyə pis yazır? SƏBƏB BİLİNDİ

Azərbaycanda həkimlər niyə pis yazır? SƏBƏB BİLİNDİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəqin ki, əksəriyyət həkimlərin əl yazısı ilə tanışdır.  Adətən, çoxları  yazılan reseptləri oxumaqda çətinlik çəkir.

Sanki  həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda, əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif  fikirlər səsləndirilir.

Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?

Modern.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib: "Bilirsiniz, mən özüm də həkiməm. Həkimlərin əl yazısı,  Tibb Universitetində dərslərin çoxluğu ilə bağlı olan məsələdir. Adətən, auditoriyada professorlar öz təcrübələrindən çıxış edərək, leksiyalar deyir və başqa ixtisaslardan fərqli olaraq, onların yazılması çox önəmlidir. Çox vaxt bu proses sürətli olduğu üçün zamanla xətt də dəyişir. Bu baxımdan, həkimlərin xətlərini oxumaqda çətinlik yaranır. Universitetə girən zaman mənim də gözəl xəttim var idi. Universiteti bitirəndə, o xətdən əsər-əlamət qalmamışdı. Amma indi leksiya yazan da qalmayıb.

Digər tərəfdən, hazırda  həkim xətti məsələsi əvvəlki əhəmiyyətini itirib. Çünki  texnologiya inkişaf etdi, yazışmaların çoxu elektron formada reallaşdı və nəticə olaraq demək olar ki, həkimlərin nəsə yazmasına ehtiyac qalmır.  Hətta reseptlər də elektron qaydada yazılıb apteklərə ötürülür. Bu mənada əl yazısına zərurət yoxdur".

Deputat qeyd edib ki, həkimlərin əl yazısı bağlı məsələni ciddi problem hesab etmək olmaz:

 "Vaxt var idi ki, həkimləri ancaq əczaçılar başa düşürdü. Çünki onlar da Tibb Universitetinin Farmakologiya fakültəsini bitirir.

Əczaçılar təxmini olaraq dərmanın dozası və ya hansısa xüsusiyyətinə görə həkimin əl yazısını anlaya bilir. Bu gün bir çox apteklərdə  elektron sistemlər qurulub. Həkim öz yazdığı resepti bunun vasitəsilə aptekə yönəldə bilər.

Türkiyədə, Avropa ölkələrinin çoxunda hər bir həkimin öz resept kodu var. Kodlaşdırma da ölkənin bütün aptek şəbəkələrində olur. Ümumiyyətlə bu, ciddi problem deyil. İndiyə qədər həkim yazılarını oxuya biliblərsə, bundan sonra da oxuya bilərlər".

Tibb üzrə ekspert Adil Qeybulla düşünür ki, həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir:

 "İlk növbədə qeyd etməliyəm ki, çap yazısında belə tibbi terminlərdən istifadə olunduğuna görə insanlar onu oxumaqda çətinlik çəkir. Həkimlərin əl yazısı da problemdir. İndi  yeni  dərmanlar dövrəyə girir. Görürsünüz, Azərbaycanda eyni tərkibdə, müxtəlif adda  çoxsaylı dərmanlar var.

Bunların hamısını yadda saxlamaq  mümkün deyil. Ümumiyyətlə reseptlərin printerdə yazılması daha məqsədəuyğundur. Çünki bu gün dünyanın hər yerində texnologiya geniş inkişaf edib.

Eyni zamanda  həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir. Səhiyyə Nazirliyinin tərtib etdiyi konkret reseptlər var və burada dərmanların adı dəqiq yazılmalıdır. Reseptləri daha çox həkimlər və aptek işçiləri oxuya bilir. Xəstə üçün isə həmin dərmanlardan hansı miqdarda , necə qəbul edəcəyi önəmlidir".

Ekspert bildirib ki, yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də həkimlərin əl yazısını oxumaq çətindir:

"Əl yazısı insan xarakterindən irəli gələn formadır. Məsələn, elə adam var ki, əl yazısını ümumiyyətlə oxumaq mümkün olmur. Təbii, əgər həmin adam həkimdirsə, bu, avtomatik reseptdəki yazıya da təsir edəcək. Sizə deyim ki, bu problem yalnız bizdə yoxdur. Həmçinin İngiltərə, Almaniya, Türkiyədə də reseptlərin yazı ilə olması və xəttin çətinliyi məsələləri müşahidə edilir.

Ümumiyyətlə həkimlər reseptdə aydın şəkildə dərmanların dozasını, işlənmə qaydasını, istifadə müddəti kimi xüsusiyyətlərini qeyd etməlidir. Çünki xəstələrin içərisində tibbi təhsili olan çox azdır.  Bu kimi halları  nəzərə almaq lazımdır".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri