Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Azərbaycanda həm saatlıq, həm də aylıq əməkhaqqı olacaq RƏSMİ

Azərbaycanda həm saatlıq, həm də aylıq əməkhaqqı olacaq RƏSMİ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.

Modern.az-ın məlumatına görə, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Nazirlik tərəfindən mütəmadi olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik layihələri hazırlanır.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə 200-ə yaxın dəyişikliyi nəzərdə tutan 7 dəyişiklik layihəsi mövcuddur:

“Həmin layihələr üzrə aidiyyəti orqanlarla razılaşdırma mərhələsi prosesi davam edir. Bu layihələrdən biri də saatlıq əməkhaqqının tətbiqi ilə bağlı olan Əmək Məcəlləsinə dəyişiklik layihəsidir. Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur”.

Şöbə müdiri bildirib ki, qanunvericilik layihələri hazırlanan zaman beynəlxalq təcrübə araşdırılır, eyni zamanda yerli qanunverciliyin tələbləri, işəgötürənlərin və işçilərin qarşılaşdıqları problemlər və uyğunsuzluqlar təhlil edilir və normativ hüquqi akt layihəsi buna uyğun olaraq hazırlanır:

“Tərəfimizdən beynəlxalq təcrübənin araşdırılması zamanı müəyyən edilmişdir ki, 3 formada əməkhaqqı ödəniş sistemi mövcuddur. İlk olaraq aylıq əməkhaqqı, hansı ki, bu gün respublikada bu normadan istifadə olunur. İkincisi, yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələrdir ki, bura ABŞ, Böyük Britaniya, Almaniyanı misal göstərə bilərik. Bəzi ölkələr də var ki, bu ölkələrdə saatlıq və aylıq əməkhaqqı sistemlərinin hər ikisi tətbiq olunur. Buna misal olaraq Estoniya, Malaziya, Rumıniya, Ukraynanı misal göstərmək olar. Hətta həftəlik minimum əməkhaqqı tətbiq olunan ölkələr belə mövcuddur”.

Şöbə müdirinin sözlərinə görə, aparılmış təhlillər nəticəsində müəyyən ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqi uyğun görülüb.

"Aparılmış təhlillər nəticəsində müəyyən etdik ki, ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqinin üzərində dursaq, daha yaxşı olar. Layihə bunun üzərində hazırlanıb. Bunun  bütün işə götürənlərə şamil olunması nəzərdə tutulmur. Burada yalnız qısa müddətli və həftəlik iş vaxtı normasının yarısından az işləyən şəxslərə layiqli əməyin təyin edilməsi nəzərdə tutulur. Bərabər, yüksək əməkhaqqının təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sistemi yalnız dediyim kontingentdən olan şəxslərə tətbiq olunması nəzərdə tutulur. Burada sahələri indidən demək çətindir, amma belə düşünmək olar ki, bu qısamüddətli, bir aydan daha aşağı bağlanan müqavilələr yaxud həftəlik iş vaxtı normasından az işləmə hansı sahələrdə tətbiq olunursa, aid edilə bilər. Misal olaraq mövsümi kənd təsərrüfatında işə cəlb olunan şəxslər, yaxud restoranlardakı ofisiantlar. Hansı ki, müəyyən işi icra etdikdən sonra iş bitmiş sayılır. Bu həm işəgötürənlərdə, həm də işçilərdə əmək münasibətlərində çevikliyi artıracaq. Eyni zamanda əmək məhsuldarlığının artacağını düşünürük. Hazırda Əmək qanunvericiliyində aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşı deyilən anlayış var. Hansı ki, müəyyən orta aylıq əməkhaqqının hesablanması zamanı istifadə olunur. Amma bizim təklif etdiyimiz layihədə saatlıq əməkhaqqı tətbiq olunan sahələrdə həmin əməkhaqqının miqdarı aylıq əməkhaqqının əsasında müəyyən edilən saatlıq tarif maaşından daha yüksək müəyyən ediləcək”- F.Heydərov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri