Icma.az
close
up
RU
Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər Açıqlama

Azərbaycanda içkiyə ən çox bu rayonda pul xərcləyirlər Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2026-cı ilin ilk rübündə Azərbaycanda əhalinin alkoqollu içkilərə aylıq adambaşına orta xərci 2,35 manat təşkil edib. İqtisadi rayonlar arasında ən yüksək göstərici isə Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada bu göstərici 3,9 manat olub.
Bu rəqəmlər bölgələr arasında alkoqollu içkilərə çəkilən xərclərin fərqli olduğunu göstərir. Lakin adambaşına düşən xərclərin yüksək olması avtomatik olaraq həmin ərazidə alkoqol istifadəsinin daha geniş yayıldığı anlamına gəlmir. Bu göstəriciyə gəlirlərin səviyyəsi, məhsulların qiyməti, istehlak vərdişləri, yerli istehsal və digər sosial-iqtisadi amillər də təsir göstərə bilər.
Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, bu göstəricinin Qazax-Tovuz iqtisadi rayonunda nisbətən yüksək olması nisbi xarakter daşıyır.

Onun sözlərinə görə, müqayisə sadəcə orta statistik göstəricini müəyyənləşdirmək və müxtəlif ərazilərdə vəziyyətin necə dəyişdiyini görmək üçün aparılır:
“Statistik hesablamaların müxtəlif meyarlar üzrə aparılması mümkündür və burada şərti olaraq Qazax-Tovuz iqtisadi rayonunun önə çıxması heç də həmin ərazidə alkoqollu içkilərə meylliliyin və ya həddindən artıq istifadənin göstəricisi kimi qəbul edilə bilməz. Burada eyni prinsipi digər bölgələrə tətbiq etdikdə də fərqli nəticələr əldə oluna bilər. Yəni bu gün Qazax-Tovuz, sabah Quba-Xaçmaz, başqa vaxt isə Aran, Bakı və ya Abşeron iqtisadi rayonları bu göstəricilərə görə önə çıxa bilər.
Statistikanın necə aparılması, hansı meyarlar və metodlar əsasında hesablanması çox vacibdir. Burada sadəcə bir göstəricini önə çıxararaq onu birbaşa alkoqolizm səviyyəsinin göstəricisi kimi qiymətləndirmək və bunun əsasında nəticə çıxarmaq həm praktiki, həm elmi, həm də metodoloji baxımdan yanlış yanaşma olardı.
Digər tərəfdən, regionlarımızın sosial-iqtisadi və mədəni xüsusiyyətlərini də nəzərə almaq vacibdir. Ola bilər ki, həmin dövrdə, məsələn, şadlıq mərasimləri və ya toy məclisləri Qazax-Tovuz iqtisadi rayonunda daha çox olub və nəticədə alkoqollu içkilərin istehlakı artıb.
Aydındır ki, Azərbaycan cəmiyyəti kifayət qədər mühafizəkar olsa da, İslam ənənələri güclü olsa da, xüsusilə bəzi məclislərdə alkoqollu içkilərdən istifadə digər bölgələrdə olduğu kimi Qazax-Tovuz iqtisadi rayonunda da müşahidə olunur. Bu cəhəti də nəzərə almaq lazımdır.
Azərbaycanda alkoqollu içkilərin satışı və istifadəsi qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində tənzimlənir. Müəyyən hallarda, xüsusilə avtomobil idarə edərkən alkoqoldan istifadəyə və digər qanun pozuntularına görə məhdudiyyətlər və sanksiyalar tətbiq olunur”.
Sosioloq əlavə edib ki, digər tərəfdən, həm adət-ənənələr, həm alkoqollu içkilərin qiyməti, həm də satış şərtləri xərclərin formalaşmasına təsir göstərə bilər:
“Bu insanların hansı alkoqollu içkilərdən istifadə etdiklərinə və istehlak həcminin nə qədər olduğuna da baxmaq lazımdır. Ola bilsin ki, xərclər yüksəkdir, çünki daha bahalı içkilərdən istifadə edilib, amma ümumilikdə istehlak səviyyəsi aşağıdır.
Digər tərəfdən, kənd təsərrüfatı və məişət mədəniyyətinin daha güclü olduğu bölgələrdə alkoqollu içkilər müəyyən məclislər, ad günləri, müxtəlif mərasimlər və digər tədbirlər zamanı istifadə oluna bilər. Adətən bizdə yas məclislərində alkoqollu içkilərdən istifadə geniş yayılmış hal deyil və cəmiyyət tərəfindən də qəbul edilmir.
Xərc və istehlak həcmini də burada müqayisə etmək lazımdır. İnsanların daha bahalı içkilərə üstünlük verməsi və daha keyfiyyətli məhsullar axtarması qiymət göstəricisinə təsir göstərə bilər və bu, regionlar arasında müəyyən fərqin yaranmasına səbəb ola bilər.
Digər tərəfdən, statistik göstəriciləri müqayisə etdikdə nəzərə almaq lazımdır ki, bəzi insanlar müəyyən alkoqollu içkiləri, məsələn, tut arağı və digər məhsulları ev şəraitində hazırlaya bilirlər. Bu amillər nəzərə alındıqda göstəricilər arasında fərq dəyişə bilər. Yəni rəsmi statistika ilə real istehlak arasında fərqlənən məqamlar da ola bilər.
Bu baxımdan, qəti nəticə olaraq həmin regionda vəziyyətin məhz belə olduğunu söyləmək bir qədər yanlış yanaşmadır. Eyni zamanda, bunu bütövlükdə Azərbaycana aid etmək də mümkün deyil.
Ümumilikdə, müşahidələr göstərir ki, Azərbaycanda son illərdə alkoqollu içkilərdən istifadənin cəmiyyət səviyyəsində əhəmiyyətli dərəcədə artdığını söyləmək çətindir. Müəyyən təbəqələrdə dəyişikliklər ola bilər, lakin bunu bütövlükdə cəmiyyətə şamil etmək düzgün olmaz.
Bəzi insanların alkoqollu içkilərlə bağlı müəyyən vərdişləri və ənənələri davam etdirməsi mümkündür. Bununla yanaşı, ictimai münasibətləri, ailə daxilindəki yanaşmaları və digər amilləri də nəzərə almaq lazımdır. Bu baxımdan, alkoqollu içkilərin həddindən artıq istifadəsinin geniş yayıldığını yalnız bu göstərici əsasında söyləmək olmaz.
Bu göstəricini daha dəqiq və obyektiv qiymətləndirmək üçün alkoqol istifadəsinin fiziki həcmi, əhalinin gəlirləri, alkoqol asılılığı ilə bağlı tibbi-sosial göstəricilər, yol-nəqliyyat hadisələri və alkoqol istifadəsi nəticəsində baş verən hadisələrin sayı da nəzərə alınmalıdır. Eyni zamanda, ailədaxili zorakılıq, cinayətkarlıq və digər sosial indikatorlar müqayisəli şəkildə təhlil oluna bilər. Bu zaman alkoqollu içkilərin yaratdığı sosial fəsadların hansı səviyyədə olduğunu daha obyektiv qiymətləndirmək mümkündür.
Meyarlar, şərtlər və amillər kifayət qədər çoxdur. Əgər sosial siyasət hədəflərinin müəyyənləşdirilməsindən və insanların sosial rifahından danışırıqsa, hansı regionda alkoqollu içkilərə daha çox pul xərcləndiyinə yalnız bir göstərici kimi yanaşmaq birtərəfli nəticəyə gətirib çıxara bilər.
Təbii ki, xərclərin arxasında həm sosial, həm iqtisadi, həm də müəyyən davranış amilləri dayana bilər. Lakin bunu konkret davranış nümunəsi və ya davranış modeli kimi qiymətləndirmək bir qədər çətindir. Digər tərəfdən, nisbətən yüksək xərclər digər sosial və sağlamlıq göstəriciləri ilə paralel müqayisə olunmalıdır. Müqayisə apardıqda həmin regionda profilaktik tədbirlərin həyata keçirilməsinə, maarifləndirmə işlərinin aparılmasına və sosial dəstək mexanizmlərinin gücləndirilməsinə ehtiyac olub-olmadığını daha düzgün müəyyənləşdirmək mümkündür”, - deyə Naib Niftəliyev fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri