Azərbaycanda ən çox kasıb bu rayonda yaşayır
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Azərbaycanda əhali sayına nisbətinə görə ən çox aztəminatlı insan (kasıb) Yardımlı rayonunda yaşayır.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu rayonun 68,5 min əhalisi var və onların 10 455 nəfəri ünvanlı dövlət sosial yardımı alır.
Müqayisədən görünür ki, rayon əhalisinin hər 100 nəfərindən 15-i yardımla yaşayır.
Digər rayonların heç birindi əhali sayına nisbətdə kasıbların payı bu qədər yüksək deyil.
Bununla belə Göygöl, Daşkəsən və Kürdəmirdə də kasıb insanların say nisbətinin yüksək olduğu görünür. Göygöldə sakinlərin 8,8 faizi, Daşkəsəndə sakinlərin 8,2 faizi, Kürdəmirdə isə 7,3 faizi kasıblıq həddində yaşayır.
Vasif

Azərbaycanda ən çox bu 4 rayonda siqaret çəkirlər
11 İyun 2025 10:58
Azərbaycanda uzunömürlü insanlar hansı rayonda daha çox yaşayır? Tam siyahı
23 İyun 2025 15:14
Azərbaycanda ən çox boşanma bu rayondadır
09 İyul 2025 12:50
Azərbaycanda ən uzunömürlü insanlar bu rayonlarda yaşayır SİYAHI
06 Dekabr 2024 12:52

