Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə: Bakı Retina Beynəlxalq Elmi Konfransı keçiriləcək

Azərbaycanda ilk dəfə: Bakı Retina Beynəlxalq Elmi Konfransı keçiriləcək

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin oktyabrın 25-də Bakıda tibb elmləri doktoru, vitreo-retinal cərrah Tural Qəlbinurun sədrliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının tərəfdaşlığı ilə beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir oftalmologiyanın əsas istiqamətlərindən biri olan retina xəstəlikləri və onların müasir müalicə üsullarına həsr olunacaq.

Demokrat.az xəbər verir ki, konfransda 11 ölkədən 21 tanınmış spiker çıxış edəcək. Onlar retina xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan ən son elmi yenilikləri, qabaqcıl texnologiyaları və innovativ yanaşmaları təqdim edəcəklər. Bu, iştirakçılar üçün yalnız nəzəri bilik əldə etməyə deyil, həm də beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmağa və peşəkar şəbəkələşməyə geniş imkan yaradacaq.
Tədbir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Elmi Tibbi Şura tərəfindən DTT kredit balı ilə akkreditasiya olunub. Bu isə iştirakçıların əldə edəcəyi bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına zəmanət verir.
Konfrans, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər üçün peşəkar şəbəkələşmə, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər qazanmaq baxımından mühüm platforma olacaq. İştirakçılar ən son elmi nailiyyətlərlə tanış olmaqla yanaşı, təcrübələrini paylaşaraq sahənin inkişafına töhfə vermək imkanı əldə edəcəklər.
Tədbirdə iştirak üçün //bakuretina.az saytına daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri