Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə buğdadan çox arpa yığıldı

Azərbaycanda ilk dəfə buğdadan çox arpa yığıldı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il avqustun 3-nə olan operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93,0 faizi biçilib.

Hurriyyet.Media  Dövlət Statistika Komitəsinə istinadən xəbər veror ki, sahələrdən 3 milyon 131,9 min ton məhsul toplanıb.

Hər hektardan orta məhsuldarlıq 33,9 sentner təşkil edib. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49,0 faizi) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 faizi) arpanın, 35,9 min tonu (1,1 faizi) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb. Beləliklə, Azərbaycand ilk dəfə olaraq arpa istehsalı buğda istehsalını üstələyib.

Ötən ilin müvafiq tarixi (2025-ci il avqustun 5-i) ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz, o cümlədən arpa üzrə 15,9 faiz çox, buğda üzrə isə 2,1 faiz azdır. Komitə buğda üzrə yığımın nisbətən az olmasını bu tarixə biçilmiş sahənin (420,7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah edir, hər hektardan məhsuldarlığın 33,6 sentnerdən 36,5 sentnerə yüksəldiyini bəyan edir. Biçin sahəsinin az olmasının səbəbi isə ölkədə buğda əkinlərinin azalması ilə bağlıdır.

Komitənin məlumatına görə, respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad (298,8 min ton), Şəki (186,7 min ton), Ağcabədi (167,2 min ton), Füzuli (141,1 min ton), Kürdəmir (127,5 min ton) və Neftçala (109,6 min ton) rayonlarında yığılıb. Ən yüksək məhsuldarlıq Ağcabədi (hər hektardan 45,5 sentner), Tovuz (45,3), Bərdə (45,2) və Sabirabad (43,9) rayonlarında qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri