Icma.az
close
up
RU
UFC ilk dəfə Azərbaycanda!

UFC ilk dəfə Azərbaycanda!

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı Kristal Zalında baş tutacaq. Döyüş yarışı UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə  həyata keçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr.-lə qarşılaşacaq.

 UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiri üçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cümə axşamı saat 10:00-da start götürəcək.

Bildiririk ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: VOLKANOVSKİ vs. LOPES döyüşündən öncə Mayamidə baş tutub.

UFC-nin baş icraçı direktoru Dana Vayt: "Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm."

Gənclər və idman naziri Fərid Qayıbov: "UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan  dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib:

"Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik."

Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşü üçün Octagon®-a sürətli qayıdış etməyi planlaşdırır. "Dana White"s Contender Series"-də UFC çempionluğunu qət edən ilk idmançı  Hill, Tiaqu Santos, Coni Volker və Cimmi Krut kimi döyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluq yolunda irəliləməyi planlaşdırır.

Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi və "Gecənin Döyüşü" seçilən çıxışından sonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson və Modestas Bukauskas üzərindəki qələbələri ilə azarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.

Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərinin böyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geri dönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ən yüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan Təğir Ulanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və  ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.

Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və "Dana White"s Contender Series"-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.

Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşlər aşağıdakılardır:

●        İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzə gələcək.

●  Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.

● Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.

●  Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallinslə (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.

Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren  kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edirlər.

UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdə tamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədə iştirak etmək üçün öncədən ufc.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər və döyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləməyi unutmayın.

UFC haqqında

UFC® (Ultimate Fighting Championship) - dünyanın aparıcı qarışıq döyüş sənətləri (MMA) təşkilatıdır. 700 milyondan çox azarkeşi və təxminən 300 milyon sosial media izləyicisi ilə UFC, qlobal döyüş sənayesinin lideridir. Təşkilat hər il dünyanın ən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir keçirir və bu tədbirləri 170-dən çox ölkədə 950 milyondan artıq evə yayımlayır.

UFC-nin idmançı heyətində 70-dən çox ölkəni təmsil edən dünyanın ən güclü MMA döyüşçüləri yer alır. Təşkilatın rəqəmsal məhsullarına UFC FIGHT PASS® da daxildir - bu platforma döyüş idman növləri üzrə dünyanın aparıcı yayım xidmətlərindən biridir.

UFC, TKO Group Holdings (NYSE: TKO) tərkibinə daxildir və qərargahı Las Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumat üçün UFC.com saytına daxil ola və UFC-ni Facebook.com/UFC, eləcə də X (Twitter), Snapchat, Instagram və TikTok platformalarında @UFC istifadəçi adı ilə izləyə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 İyun 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri