Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Azərbaycanda ilk dəfə Milli Onkologiya Mərkəzində robotik cərrahiyyə əməliyyatları keçirilir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik əməliyyat uğurla həyata keçirilib. Bu hadisə ölkə səhiyyəsi üçün yeni, böyük perspektivlər vəd edən inqilabi mərhələnin başlanğıcı hesab olunur.

Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim edilmiş robotik cihaz Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində quraşdırılıb. Əməliyyatdan əvvəl bütün tibb personalına, o cümlədən həkimlərə “Kangduo” şirkətinin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçirilib.

İlk əməliyyat robot-assistentli histerektomiya olub. Əməliyyatın ilkin mərhələləri Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev tərəfindən icra edilib. Sonrakı mərhələlər isə Milli Onkologiya Mərkəzinin ixtisaslı həkimləri tərəfindən uğurla davam etdirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Milli Onkologiya Mərkəzində robot-assistentli laparoskopik cərrahiyyə əməliyyatının keçirilməsi prosesi ilə tanış olub.

Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyev həyata keçirilən fəaliyyətlər, elmi-tədqiqat işlərinin gedişatı və nanotexnologiyanın yeni nailiyyətlərinin tətbiqi ilə bağlı geniş məlumat verib.

Qeyd edilib ki, hazırda müasir robotik cərrahiyyə texnologiyaları sahəsində dünyanın müxtəlif ölkələrindən aparıcı mütəxəssislər vahid komandada birləşərək, onlayn rejimdə real əməliyyatlar həyata keçirirlər.

Bu, konkret xəstəyə minlərlə kilometr uzaqdan belə anında və yüksək dəqiqliklə təcili yardım göstərmək imkanı yaradır. Beləliklə, kritik vəziyyətdə olan pasiyent indi yalnız olduğu şəhərin və ya ölkənin imkanlarından asılı deyil - o, beynəlxalq səviyyəli həkimlərin bilik və təcrübəsinə robotlar vasitəsilə dərhal çıxış əldə edə bilər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.

Hazırda Milli Onkologiya Mərkəzində robot-assistentli cərrahiyyənin inkişafı istiqamətində əlavə təlimlərin keçirilməsi və ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya şöbələrində yeni əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

Robot-assistentli cərrahiyyə prosesi ilə tanışlıqdan sonra səhiyyə naziri Teymur Musayev bildirib ki, Milli Onkologiya Mərkəzində ölkə səhiyyəsində növbəti mühüm bir ilkə imza atılıb. Onun sözlərinə görə, müasir cərrahiyyənin zirvəsi olan robotik cərrahiyyə üsulunun artıq Azərbaycanda tətbiq edilməsi çox əlamətdar hadisədir: “Bu gün yüksək standartlara cavab verən əməliyyatxanada ən müasir avadanlıqla icra olunan bir əməliyyat prosesinin şahidi olduq. Bu münasibətlə başda akademik Cəmil Əliyev olmaqla Milli Onkologiya Mərkəzinin kollektivini ölkəmizin səhiyyəsi üçün atılan böyük addım münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

Nazir xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda səhiyyə sahəsinə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində ən yüksək texnologiyalı müalicə üsullarının ölkə vətəndaşları üçün tətbiqi mümkün olub: “İnsan faktoru daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının sağlamlığı, onun sosial rifahı dayanır. Bu baxımdan da bugünkü əməliyyat yeniliyə doğru atılan bir addımdır. Bundan sonra belə diaqnoz qoyulan ölkə vətəndaşlarımız demək olar ki dünyada qabaqcıl texnologiya, ən müasir müalicə üsulu olan bu kimi əməliyyatların tətbiqi nəticəsində öz sağlamlıqlarına çox qısa bir müddətdə qovuşa biləcəklər. Robotik cərrahiyyə müasir tibbin ən yüksək texnologiya tətbiq edilən bir sahəsidir. Təbii ki, bu sahədə milli kadrların hazırlanması böyük əhəmiyyət kəsb edir. Biz əminik ki, Milli Onkologiya Mərkəzi artıq bu sahədə mütəxəssislərin hazırlanmasının ocağına çevriləcək. Yeri gəlmişkən, qeyd edim ki, mərhələli şəkildə digər tibb müəssisələrində də bu üsulun tətbiqi nəzərdə tutulur”.

Nazir bildirib ki, bu gün pasiyent üzərində icra edilən əməliyyatı izləmək onun üçün xüsusi əhəmiyyət kəsb edir. “Mən özüm də ixtisasca uroloqam. Robotik cərrahiyyə baxımından müxtəlif təkmilləşdirmə kurslarında da iştirak etmişəm. Bu gün pasiyent üzərində icra olunan əməliyyat radikal prostatektomiyadır. Bu metodun tətbiqi ilə belə bir əməliyyatın həyata keçirilməsi ən az travmatik və orqan qoruyucu üsul hesab olunur. Pasiyentlər bu əməliyyatdan sonra çox qısa bir müddətdə normal həyata qayıda bilirlər. Bu, səhiyyəmiz üçün çox qürurverici hadisə və fərəh hissi yaradan məsələdir. Çox yaxşı haldır ki, radikal prostatektomiya əməliyyatlarında da robotik cərrahiyyə üsulunun tətbiqinə başlanılıb. Əməliyyatı icra edən bütün komanda yüksək ixtisaslı mütəxəssislərdir və onlar müvafiq hazırlıq kursu keçiblər. İnanıram ki, qısa bir müddətdə bu sahə üzrə digər mərkəzlərin mütəxəssislərinin də Milli Onkologiya Mərkəzində hazırlanması həyata keçiriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri