Icma.az
close
up
RU
Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

Azərbaycandakı LEGO® sevənlər üçün yeni bir məkan açılır. Belə ki, “LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda ölkənin ilk LEGO Certified Store-unun Bakıdakı açılışına hazırlaşır.

İnteraktiv fəaliyyətlər və LEGO ilə oynamaq imkanları təqdim edən mağazada müxtəlif mövzular və yaş qrupları üçün geniş məhsul seçimi olacaq.

İstər hədiyyə, istər ən yeni LEGO seti axtaran, istərsə də LEGO sevən birini sevindirməyi düşünən müştərilərə mağaza mütəxəssisləri (Brick Specialists) kömək edəcək.

“LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda Azərbaycanda ilk LEGO Certified Store-u “PASHA Malls”un tərkibindəki “Gənclik Mall”da açacaq. Ölkənin ilk rəsmi LEGO mağazası uşaqlar, ailələr və bütün LEGO sevənlər üçün xəyal gücünü, yaradıcılığı və əyləncəni bir araya gətirən yeni bir məkan yaradır. Başqa sözlə, LEGO həyəcanını Azərbaycana gətirərək həm yerli sakinlərə, həm də şəhərin qonaqlarına orijinal satış təcrübəsi təqdim edir.

Yeni mağaza yaradıcılığı və əyləncəli oyunları ön plana çıxaran interaktiv bir mühit vəd edir. Burada ziyarətçiləri müxtəlif aktivliklər, mütəxəssislərin dəstəyi və geniş çeşiddə orijinal məhsullar gözləyir.

Əsl LEGO təcrübəsi

Yeni mağaza ziyarətçilərin birlikdə kəşf edib oynayacağı interaktiv satış məkanı kimi hazırlanıb. Mağazada qonaqları nələr gözləyir:

müxtəlif yaş qrupları üçün fərqli mövzularda geniş və orijinal məhsul seçimi, o cümlədən yalnız rəsmi LEGO mağazalarında təqdim olunan məhsullar və xüsusi təkliflər;

“Pick a Brick”, “Build a Minifigure”, LEGO pasportu və bir çox interaktiv fəaliyyətlər;

müştərilərin özünü minifiqur kimi görə biləcəyi xüsusi minifiqur skaneri;

LEGO Certified Store mağazalarına özəl kampaniyalar və hədiyyə imkanları;

müştərilərə axtardığı LEGO setlərini və məhsulları tapmaqda kömək edən mütəxəssislər (Brick Specialists);

Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və instalyasiyalar.

Müştərilərə özəl unikal LEGO təcrübəsi

Mağazanın diqqətçəkən özəlliklərindən biri də Minifiqur Skaneridir. Belə ki, qonaqlar skanerin qarşısında dayanaraq özlərini LEGO minifiquru formasında görə biləcəklər. Bu interaktiv funksiya mağazanı sadəcə alış-veriş etmək yox, həmçinin fərdi və əyləncəli təcrübə yaşamaq üçün özəl bir məkana çevirir.

Yeni mağazada Azərbaycanın mədəniyyətindən və lokal simvollarından ilhamlanan xüsusi elementlər də yer alır. Burada valideynlər və uşaqlar birlikdə yarada, öyrənə, oynaya və LEGO parçalarının təqdim etdiyi saysız imkanları kəşf edə bilərlər.

“LEGO Group”un Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionları üzrə baş meneceri Esteban Davalos:

“Azərbaycanda ilk LEGO Certified Store-un açılması brend təcrübəsinin ölkədə, xüsusilə, Bakıda genişlənməsi baxımından mühüm addımdır. Tərəfdaşımızla birlikdə uşaqların, ailələrin və hər yaşdan LEGO sevənlərin bir araya gəlib qura, yarada və oynaya biləcəyi bir məkan yaratmaqdan məmnunuq. LEGO ilə oynamağın sonsuz imkanları vasitəsilə təsəvvürü və yaradıcılığı dəstəkləməyi və Bakının bir hissəsinə çevrilməyi səbirsizliklə gözləyirik”.

“TORGROUP”un təsisçisi və sədri Eran Tor:

“Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı bizim üçün xüsusi bir mərhələdir və “TORGROUP Global”ın beynəlxalq inkişafında mühüm rol oynayır. “LEGO Group” və “PASHA Malls” ilə birlikdə əsl LEGO təcrübəsini Bakıya gətirməkdən qürur duyuruq. Məqsədimiz sadəcə mağaza açmaq yox, həmçinin Azərbaycandakı LEGO sevənlər üçün uşaqların, ailələrin və həvəskarların bir araya gəlib kəşf etdiyi və xatirələr topladığı bir məkan yaratmaqdır. Qazaxıstandakı fəaliyyətimizin ardınca Bakı LEGO brendinin regiondakı uzunmüddətli mövcudluğunu qurmaq yolunda növbəti vacib addımdır. Əsas məqsədimiz isə dəyişməz olaraq qalır: insanlarda təbəssüm yaratmaq”.

Təntənəli açılış

Bu xüsusi anı birlikdə qeyd etmək üçün bütün LEGO sevənlər 3 oktyabrdakı tədbirə dəvət olunur. Açılış günü qonaqları gözləyir:

VIP dəvətlilər və media nümayəndələri üçün xüsusi açılış;

rəsmi açılış mərasimi;

interaktiv fəaliyyətlər və oyunlar;

əyləncə proqramı;

açılış gününə özəl sürprizlər və məhdud sayda hədiyyələr;

mağazanın ilk qonaqları üçün digər xüsusi sürprizlər.

Mağazanın açılışı ilə bağlı “PASHA Malls” nümayəndəsi bildirir ki:

“Azərbaycanda ilk rəsmi LEGO Certified Store-u “Gənclik Mall”da qarşıladığımız üçün çox məmnunuq. LEGO ailə üzvlərini yaradıcılıq ətrafında bir araya gətirən və buna görə də ən sevilən brendlərdən biridir. Bu təntənəli açılışın məhz “Gənclik Mall”da baş tutmasından qürur duyur və inanırıq ki, mağaza Bakıda ailələr, uşaqlar və LEGO sevən hər kəs üçün əsas ünvana çevriləcək”.

Əsas məlumatlar — redaktor üçün qeydlər

Tədbir: Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı

Açılış tarixi: 3 oktyabr 2026 (şənbə günü)

Ünvan: Gənclik Mall (PASHA Malls), Bakı, Azərbaycan

Operator: TORGROUP Global (rəsmi LEGO Certified Store tərəfdaşı)

Mağaza konsepti: Rəsmi LEGO Certified Store

Mağazanın əsas xüsusiyyətləri:

Pick a Brick

Build a Minifigure

LEGO pasportu

Eksklüziv LEGO məhsulları

İnteraktiv oyun təcrübələri

Mağaza mütəxəssisləri (Brick Specialists)

Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və yerli dizayn elementləri

Əlaqə ünvanları

TORGROUP Global

Elektron poçt: [email protected]

Telefon: +7 702 880 8813

“LEGO Group” haqqında

“LEGO Group”un missiyası oyunların gücü vasitəsilə həvəskarları ilhamlandırmaq və dəstəkləməkdir. LEGO parçaları üzərində qurulan LEGO System in Play uşaqlara və LEGO sevənlərə xəyal etdikləri hər şeyi yaratmaq imkanı verir.

“LEGO Group” 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis olunub. Şirkətin adı dan dilində “yaxşı oyna” mənasını verən “LEg GOdt” ifadəsindən yaranıb. Baş ofisi Billundda yerləşən “LEGO Group” bu gün də ailə şirkəti olaraq fəaliyyətini davam etdirir və məhsulları 120-dən çox ölkədə satılır. Ətraflı məlumat üçün: www.lego.com

“TORGROUP Global” haqqında

“TORGROUP Global” müxtəlif bazarlarda yüksəksəviyyəli pərakəndə satış təcrübəsi və uzunmüddətli LEGO icmaları yaratmağa fokuslanan beynəlxalq LEGO Certified Store tərəfdaşıdır. Şirkətin əsas fəlsəfəsi “Making People Smile (İnsanlarda təbəssüm yaratmaq)” prinsipinə əsaslanır.

Yerli bazar üzrə ekspertizanı, eləcə də premium satış və immersiv brend təcrübələrini bir araya gətirən “TORGROUP Global” ailələrin və LEGO sevənlərin birlikdə oynaya, kəşf edə və yaddaqalan xatirələr yarada biləcəyi məkanlar yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://olay.az
archiveBu xəbər 23 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri