Icma.az
close
up
RU
Azərbaycanda iqtisadi gəlir və turizmin inkişafı məqsədilə kazino fəaliyyəti leqallaşdırılır

Azərbaycanda iqtisadi gəlir və turizmin inkişafı məqsədilə kazino fəaliyyəti leqallaşdırılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

Parlament Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu qanun layihəsi Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi, eyni zamanda, “kölgə qumar”ın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub. Xüsusi olaraq vurğulanmalıdır ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkilinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq, oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

Layihəyə əsasən, kazino oyunları kazino oyunlarının təşkilatçısının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı nəzarət orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya əsasında təşkil edilir.

Layihədə kazino oyunlarının təşkilatçısına dair xüsusi şərtlər əks olunub. İlk növbədə, qeyd olunmalıdır ki, bu oyunların təşkilatçısı qismində yalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda, kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.

Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyənləşib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb olunmasına dair təminat təsbit edilib. Bununla yanaşı, layihədə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.

Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlarına qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi mövqeləndirəcək. Eyni zamanda, 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

Beləliklə, qanun layihəsi iqtisadi və hüquqi baxımdan əsaslı və mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri