Azərbaycanda işçilərin günorta işdə yatması “siesta” mümkündürmü?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bəzi ölkələrdə işçilər üçün iş yerində günorta yuxusu artıq adi iş mədəniyyətinin bir hissəsinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, günorta yuxusunun iş fəaliyyətini artırdığına inanan bəzi şirkətlər işçilərinə iş yerində yatmaq üçün şərait yaradır.
İspaniyada günorta yeməyindən sonra yatmaq ənənəsi “siesta” adı ilə tanınır.
Qeyd edək ki, “siesta” latın dilindəki “hora sexta” sözündən yaranıb və “altıncı saat” və ya “günorta vaxtı” mənasını verir. “Siesta” bəzən “ispan yoqası” da adlandırılır.
Günorta yuxusu üçün ən ideal saat 14:00–16:00 arası hesab olunur və bunun üçün 60–90 dəqiqə kifayətdir. Bu cür təcrübə artıq bir sıra ölkələrdə tətbiq olunur.
Məsələn, Yaponiyada günorta yuxusuna “inemuri” deyilir. Bir çox şirkətlər işçilərin qısa müddətli dincəlməsi üçün ayrıca otaqlar ayırır. Hətta bəzi hallarda iş masasının arxasında başını masaya qoyaraq yatmaq da normal qarşılanır.
Bəs bu praktika Azərbaycanda tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, Azərbaycan Əmək Məcəlləsinə əsasən işçilərin bir saat fasilə hüququ var:
“8 saatlıq iş rejimində fasilənin vaxtı daxili qaydalara uyğun olaraq tənzimlənir. Adətən bu, saat 13:00–14:00 arası olur. İşçi bu vaxt ərzində istəsə dincələ, istəsə nahar edə və ya gəzintiyə çıxa bilər. Amma əsas məsələ iş yerində bunun üçün şəraitin olub-olmamasıdır”.
Hüquqşünasın sözlərinə görə, iri beynəlxalq şirkətlərdə belə imkanların yaradılması mümkün olsa da, bu, bütün müəssisələr üçün real deyil:
“Nike”, “Google” və ya “Meta” kimi şirkətlərdə bu şərait yaradılırsa, bu o demək deyil ki, hər bir iş yerində istirahət üçün imkan var. Bu, işəgötürən üçün əlavə xərclər deməkdir. Ofis şəraitində işçi fasilə zamanı masasının arxasında qısa müddət yuxulaya bilər. Amma zavod, fabrik, yol təmiri və ya açıq sahə işlərində bu, təbii ki, mümkün deyil”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb
14 Noyabr 2024 11:20
Azərbaycanda ev heyvanlarının sığortalanması mümkündürmü?
12 Avqust 2025 13:19
Azərbaycanda bu işçilərin maaşı artırıldı
22 Noyabr 2024 11:27
Azərbaycanda muzdlu işçilərin sayı açıqlanıb
04 Oktyabr 2025 13:02
Azərbaycanda bu işçilərin maaşları artıb
18 İyul 2026 06:14
Baxış sayı:127
Bu xəbər 05 Fevral 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















