Icma.az
close
up
RU
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? Faydaları və zərərləri

Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? Faydaları və zərərləri

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Son günlər Azərbaycan mətbuatında kazinolarla bağlı çoxsaylı məlumatlar yayılır.
Yeniavaz.com
xəbər verir ki, mətbuatda yayılan xəbərlərdə Azərbaycanda kazinoların yenidən fəaliyyətə başlamasının ölkəyə gəlir gətirəcəyi barədə məlumatlar verilir.
Qeyd edək ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə isə bir çox insan kazinoların yenidən fəaliyyətə başlamasının sosial problemləri artıracağından narahatdır.
Bəzi iqtisadçılar hesab edir ki, kazinoların açılması xarici turistlərin sayını artırmaq potensialına malikdir. Bildirilir ki, qonşu Gürcüstanın Batumi şəhərində bu model uğurla tətbiq olunub. Hər il minlərlə turist kazinolara görə Batumiyə səfər edir. Bu, hotellərə, restoranlara, nəqliyyata və digər sahələrə də müsbət təsir edir.
Mütəxəssislər belə düşünürlər ki, kazinolar fəaliyyətə başlasa, burada minlərlə insan işlə təmin oluna bilər. Bu da işsizlik səviyyəsinin azalmasına səbəb ola bilər. Xidmət sektorunda – ofisiant, mühafizəçi, texniki işçi, mühasib və s. kimi müxtəlif sahələrdə yeni iş yerləri açıla bilər. Eyni zamanda kazinolar qanuni şəkildə və nəzarət altında fəaliyyət göstərərsə, bu sahədən böyük miqdarda vergi gəlirləri əldə oluna bilər. Həmçinin xüsusi lisenziya haqları dövlətə əlavə gəlir mənbəyi ola bilər.
Lakin, qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə aparılan müzakirələrdə kazinoların yenidən fəaliyyətə başlamasından narazı olanlar da var.
Narazı olanların əsas arqumeti budur ki, kazinoların yayılması ilə qumar asılılığı riski artır. Bu, ailə münasibətlərinə, psixoloji sağlamlığa və şəxsi maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Qumar oyunlarına aludə olan şəxslər ailələrində maddi və mənəvi çətinliklər yarada bilərlər. Borclanma, ailə münaqişələri, boşanmalar və hətta cinayət halları baş verə bilər.
Bir çox ölkələrin təcrübəsində kazinoların olduğu yerlərdə fırıldaqçılıq, borc vermə adı ilə qanunsuz fəaliyyətlər və digər cinayətlər müşahidə olunur.
Eyni zamanda bəzi insanlar belə hesab edirlər ki, Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır və İslam dinində qumar haram sayılır. Bu baxımdan kazinoların açılmasının dini və mənəvi dəyərlərlə zidd olduğunu fikirləşirlər.
Kazinolarla bağlı ən ciddi problem isə çirkli pulların yuyulması ilə bağlı narahatlıqlardı. Əksər mütəxəssislər kazinoların çirkli pulların yuyulması üçün ən əlverişli vasitə olduğu qənaətdindədirlər.
Bildirilir ki, kazinolarda əsas ödəniş vasitəsi adətən nəğd pullar olur. Cinayət yolu ilə əldə olunan pullar asanlıqla fişlərə (oyun çiplərinə) çevrilə bilər. Sonra həmin çiplərlə çox az oynanılır və qalan hissə “qazanc” adı altında geri alınır. Bu yolla şəxs həmin vəsaiti bank köçürməsi və ya çeklə rəsmiləşdirə bilir.
Bəzi ölkələrdə kazinolarda şəffaflıq və monitorinq mexanizmləri zəif olur. Bu da çirkli pulların izlənilməsini çətinləşdirir. Əgər kazino ciddi auditdən keçmirsə və ya rəsmi orqanlarla əməkdaşlıq etmirsə, bu sahədə sui-istifadə halları arta bilər.
Bu günə kimi bir-çox ölkədə kazinoların adı çirkli pulların yuyulmasında hallanıb. Məsələn, 2010–2016-cı illər arasında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki kazinolarda böyük miqdarda çirkli pulların yuyulması halları baş verib.
Çinin xüsusi inzibati bölgəsi olan Makao kazinoları ilə məşhurdur. Burada da uzun illər boyu çinli biznesmenlər və cinayətkar qruplar çirkli pullarını yumaq üçün VIP oyun otaqlarından istifadə ediblər. Hətta bəzi hallarda kazinolar kredit vermək adı ilə “kölgə bank” rolunu oynayıb.
Avstraliyanın “Crown Resorts” şirkətinin idarə etdiyi kazinolarda çirkli pulların yuyulması ilə bağlı ciddi ittihamlar yayılıb. Hesabatlara görə, bu şirkətin kazinolarında Asiyadan gələn milyonlarla dollar yuyulub.
Ekspertlər vurğulayırlar ki, kazinolar çirkli pulların yuyulması üçün əlverişli məkandır. Bunun qarşısını almaq üçün ciddi hüquqi nəzarət, şəffaf audit və beynəlxalq standartlara uyğun maliyyə monitorinqi lazımdır.
Mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrdən belə görünür ki, Azərbaycanda kazinoların açılması həm müsbət, həm də mənfi nəticələr doğura bilər.
Əksər mütəxəssislər bildirir ki, əgər kazinoların yenidən açılması barədə qərar veriləcəksə, bunun üçün daha geniş ictimai müzakirələr aparılmalı və fərqli sahələrdən olan ekspertin rəyləri öyrənilməlidir.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri