Icma.az
close
up
RU
Azərbaycanda kimlərə pulsuz evlərin veriləcəyi məlum oldu

Azərbaycanda kimlərə pulsuz evlərin veriləcəyi məlum oldu

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda aztəminatlı ailələrin mənzil sahibi olması uzun müddətdir aktual məsələ olaraq qalır. Lakin Milli Məclisdə Mənzil Məcəlləsinə ediləcək dəyişikliklər bu problemin həllinə yönəlib.

BAKU.WS-in məlumatına görə, dövlət və bələdiyyələrin balansında olan sosial mənzillər aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan şəxslərə uzunmüddətli sosial kirayə müqaviləsi əsasında təqdim ediləcək.

Bu imkanlardan yararlanmaq istəyən şəxslər yaşadıqları bölgənin yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət edərək sosial mənzil üçün qeydiyyata düşə bilərlər.

Bəs hansı kateqoriyadan olan vətəndaşlar bu mənzilləri ala biləcək?

Bu suala cavab tapmaq üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, vətəndaşlarımızın sosial mənzil fondunun istifadəsi ilə bağlı artıq qanunvericiliyə dəyişikliklər edilib, müəyyən dəqiqləşdirmələr həyata keçirilib:

"Qanunvericilikdə məhz müraciət hüququ olan vətəndaşlarımız qeyd olunub. Sosial Mənzil Fonduna müraciət edərək pulsuz mənzil almaq hüququ şəhid ailələri üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsində əlilliyi olan vətəndaşlarımıza, Çernobıl qəzasının aradan qaldırılması ilə bağlı əlilliyi olan vətəndaşlarımıza, eyni zamanda valideynlərini itirmiş vətəndaşlarımıza verilir. Ona görə vətəndaşlarımız, əgər həmin kateqoriyaya daxildirsə, onların Sosial Mənzil Fondundan istifadə etmək imkanları var.

Amma yerli icra hakimiyyəti orqanlarının balansında kommunal mənzillər də var. Kommunal mənzillər mütəmadi olaraq təklif olunur. Lakin bunların sayı məhduddur. Kommunal mənzillər sosial mənzillərdən fərqlidir.

Amma konkret pulsuz təqdim olunan sosial mənzillər və qeyd etdiyimiz kateqoriya üzrə vətəndaşlarımıza təqdim olunur. Həmin vətəndaşlarımızın dövlət vəsaiti hesabına pulsuz olaraq sosial mmənzillərə sahib olmaq imkanı var.

Artıq qeyd olunduğu kimi xeyli sayda vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilərimiz həmin mənzillərə sahib olublar və gözlənilir ki, 2025-ci ildə daha çox mənzilin təklif edilməsi mümkün olacaq".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri