Icma.az
close
up
RU
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: Vəkil şərtləri açıqladı

Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: Vəkil şərtləri açıqladı

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda aliment öhdəlikləri ilə bağlı ictimaiyyət arasında formalaşan əsas stereotiplərdən biri onun yalnız kişilər tərəfindən ödənilməsidir. 

Lakin qanunvericilikdə aliment ödəmək öhdəliyi cinsiyyətə görə müəyyən olunmur və kişilərin də aliment alma hüququ nəzərdə tutulur. Bəs, Azərbaycanda aliment alan kişilər varmı? Boşanaraq və ya evli qalaraq aliment alan kişilərlə bağlı statistika necədir? Ümumiyyətlə, kişilər hansı hallarda aliment ala bilərlər? 

Onlar da boşanmadan aliment tələb edə bilərlərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil İsrafil Əlili bildirib ki, bununla bağlı ölkə üzrə dəqiq statistikanı bilinmir, amma Azərbaycanda qadınların da aliment ödədiyi hallar mövcuddur. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, uşaq atanın himayəsində qalarsa, ana aliment ödəməyə borcludur: 

“Aliment latın mənşəli söz olub, “qidalanma” mənasını verir. Ümumiyyətlə, alimentin müxtəlif növləri mövcuddur. Təbii ki, ən geniş yayılmış forması uşaqların saxlanılması üçün ödənilən alimentdir. Bir çoxları elə bilirlər ki, aliment yalnız qadına ödənilir. Lakin belə deyil. Əgər məhkəmə qərarı ilə uşaq atada saxlanılarsa, ata digər tərəfdən, yəni anadan aliment ala bilər”. 

Vəkil bildirib ki, bu hala təcrübədə çox tez-tez rast gəlinmir:

“Amma belə nümunələr heç də az deyil və Azərbaycanda da var. Bir sözlə, əgər məhkəmə qərarı ilə uşaq atanın yanında qalarsa, ata anadan aliment tələb edə bilər. Həmçinin, bir çoxları elə bilirlər ki, aliment yalnız boşananda sonra alına bilər. Bu da belə deyil. Boşanmadan da aliment almaq mümkündür. Əgər cütlük rəsmi nikahdadırsa, amma uşaq faktiki atası ilə yaşayırsa, yəni ana onlardan ayrı yaşayırsa və ya məhkəmə qərarı ilə uşağın atanın himayəsində qalmasına qərar verilibsə, ata nikah müddətində də anadan uşağın saxlanması üçün aliment ala bilər”. 

İsrafil Əlili qeyd edib ki, kişi iki halda aliment ala bilər: “Birincisi, boşanma baş verdikdə və məhkəmə qərarı ilə uşaq atanın himayəsində qalarsa, ikincisi boşanma olmasa da, cütlük faktiki olaraq ayrı yaşayırsa və uşaq atanın yanında qalırsa, kişi qadından aliment ala bilər. Qanunvericiliyə əsasən, hər iki halda alimentin məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: aliment

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri