Icma.az
close
up
RU
Azərbaycanda leysan, dünyada daşqın: İqlim böhranı DƏRİNLƏŞİR

Azərbaycanda leysan, dünyada daşqın: İqlim böhranı DƏRİNLƏŞİR

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən səhər saatlarından başlayan yağış gecə saatlarında daha da güclənib. Nəticədə leysan yağışları Bakıda və bölgələrdə fəsadlara yol açıb: bir çox əraziləri su basıb, ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb.

Milli.Az xəbər verir ki, rəsmi açıqlamaya görə, Bakı və Abşeronda yağıntının miqdarı aylıq normadan dörd dəfə çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-dir.   

Yağıntı bölgələrdə də gözləniləndən artıqdır. Belə ki, Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Bərdə və Tərtərdə 29 (aylıq normanın 109%-i) mm təşkil edir.

Yağıntının fəsadları, yolların subasması, şəhər və qəsəbələrdə hərəkətin iflic olması ölkəmizdə olduğu kimi dünyanın hər yerində müşahidə olunur. Təbiətin "şıltaqlığı"ndan heç bir ölkə sığortalanmayıb. Dünyanın çox ölkələri yağış sularının ağuşunda naəlac qalıb.
Güclü yağışlar bütün şəhərləri bir-birinə bənzətdi
Yayılan videolardan yağış sularının əlindən çarəsiz görünən bütün şəhərlər bir-birini təkrarlayır. Keçilməz, sel basmış Dubay Əmirliyinin yolları ilə Ermənistan küçələri fərqlənmir. Suya həsrət Ərəbistan yarımadası görünməmiş fəlakət yaşayır. Dubay cəmi bir neçə saat ərzində su altında qalıb.
Güclü yağışlar Omanda da təhlükəli vəziyyət yaradıb. İntensiv yağışlar nəticəsində daşqınlar baş verib, avtomobillər selə düşüb, yolları su basıb.

Leysan yağışlar, kütləvi daşqınlar Avstraliyanı da cənginə alıb. Bəzi bölgələr tamamilə su altında qalıb.

İndoneziyada paytaxt Cakarta da daxil olmaqla yüzlərlə yaşayış məntəqəsini su basıb, yollar keçilməz hala düşüb.

Havay adaları isə son 20 ilin ən ağır daşqınlarından birini yaşayır: evlər, yollar, təsərrüfatlar zərər görüb.
ABŞ və Avropa ölkələri də yağışlar qarşısında aciz qalıb...
Ümumiyyətlə leysan yağışlar təkcə bu il dünyanı təəccübləndirmir. Son illərdə qlobal iqlim dəyişikliyi özünü bu cür aqressiv yağıntlarla göstərir. Ötən il Amerika Birləşmiş Ştatlarının hətta mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olmuş, azı 16 nəfər həlak olmuşdu. Texas, Arkanzas, Missuri, Tennessi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilirdi.
2024-cü ildə isə İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatmışdı. Cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu əlaqələrini sıradan çıxarmışdı.

Ötən ilin ortalarında İtaliyada qırmızı və narıncı daşqın xəbərdarlığı verilmişdi. Sonda yağış ölkə daxilində daşqınlara səbəb olmuşdu.
Hələ keçən ilin payızında Fransanın bəzi bölgələrində baş vermiş qorxunc sel və daşqınlar bir yana, bu ilin fevralında da bu ölkədə sel küçələri ağuşuna almışdı. Tunel və keçidlər saatlarla su altında qaldığından ictimai nəqliyyat saatlarla dayanmalı olmuşdu. Fransada yağışların davam etmə müddətinə görə tarixi rekord qeydə alınıb: yağıntılar ardıcıl 36-cı gün davam edib.

Bütün bunlar onu göstərir ki, antropogen təsirlər nəticəsində təbiətin nizamı pozulub. Təbii fəlakətin nə zaman baş verəcəyini proqnozlaşdırmaq xeyli çətinləşib. Bu vəziyyət isə təbiətin şıltaqlığının törətdiyi fəsadlarla mübarizəni inkişaf etmiş ölkələr üçün belə müşkülə çevirir.../Bizimmedia

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:428
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Mart 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri