Azərbaycanda leysan, qar yağır, dənizdə dalğanın hündürlüyü üç metrdir FAKTİKİ HAVA
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Aprelin 16-sı saat 6:00-a olan məlumata əsasən, ölkə ərazisində gecəyarısından başlayan yağış hazırda güclü leysana keçib və bəzi ərazilərdə şimşək çaxır.
Oxu.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir.
Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən, Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır.
Eyni zamanda, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 33 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Aprel 2025 06:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















