Azərbaycanda magistral yol yararsız hala düşdü VİDEO
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanın əsas magistral yollarından olan M-4 - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.
“AzPolitika” xəbər verir ki, jurnalist Rəşad Rəşidov yolun Ağsudan keçən hissəsindən görüntülər paylaşaraq buranın sürücülər və nəqliyyat vasitələri üçün təhlükəli yerə çevrildiyini deyib.
Bildirilib ki, respublika əhəmiyyətli magistral yollardan biri olan Bakı-Şamaxı-Yevlax yolunun bu hissəsində dərin çalalar və çökmələr yaranıb. Sürət həddi saatda 90 kilometr təyin edilsə də, həmin ərazidən qeyd edilən sürətlə keçmək mümkün deyil. Bu sürətlə hərəkət edən nəqliyyat vasitələri isə qəza riski ilə yanaşı, texniki problemlərlə də üzləşir.
Qeyd edək ki, haqqında bəhs edilən magistralın uzunluğu 280 kilometrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 21 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















